Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Bütün məsuliyyət Rusiyanın üzərindədir ŞƏRH

Bütün məsuliyyət Rusiyanın üzərindədir ŞƏRH

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanlıların hədəf alınması qəbuledilməzdir


Prezident də göstərdi ki, münasibətlərin soyumasının səbəbkarı biz deyilik


Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində jurnalistin Rusiya ilə bağlı suallarını cavablayıb. Dövlət başçısı Rusiya ilə münasibətlərin korlanmasına görə məsuliyyətin Azərbaycanın üzərinə düşmədiyini bəyan edib.

O, ölkəmizin mülki təyyarəsinin Rusiya tərəfindən vurulması hadisəsi və bunun ardınca Rusiyanın reaksiyasına dair ciddi narazılıq ifadə edib və qeyd edib ki, təyyarəyə atəş açılmamalı idi: “Rusiya hava limanlarına dron hücumları baş verəndə onlar xüsusi rejim elan edirlər. Bu rejim “xalça”, rus dilində “kavyor” adlanır. Dron hücumu olanda bütün təyyarələrə xəbərdarlıq göndərilir və onlar geri qayıdır. Həmin təyyarə qəzaya düşməzdən iki həftə əvvəl Rusiyanın həmin şəhərinə uçan digər təyyarəmiz oxşar hal ilə üzləşmiş, ona vaxtında müvafiq xəbərdarlıq verilmiş və həmin təyyarə geri dönmüşdü. Bu dəfə bu siqnalı vermədilər. Təyyarə artıq vurulandan sonra siqnal verdilər. Bunu yalnız araşdırma prosesini aparacaq şəxsləri çaşdırmaq üçün etdilər. İki dəfə atəş açdılar. Yalnız pilotların peşəkarlığı və cəsarəti təyyarəni yerə endirməyə imkan verdi”.

Prezident hadisəni həmçinin İkinci Qarabağ müharibəsində baş vermiş oxşar bir nümunə ilə müqayisə edərək, iki ölkə arasında dost münasibətlərin gözlənilmədən pozulduğunu qeyd edib.

İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Rusiyada azərbaycanlılara qarşı əsassız hücumlara da toxunub. Ölkə başçısı belə faciəvi səhvlərin və azərbaycanlılara qarşı sonradan baş verən hücumların ikitərəfli münasibətlərə ciddi təsir göstərdiyini, lakin Azərbaycan tərəfinin konstruktiv və hüquqi yanaşma ilə məsələyə cavab verdiyini vurğulayıb: “Rusiyada azərbaycanlılara qarşı səbəbsiz hücumlar başladı. İki insan qətlə yetirildi və işgəncələrə məruz qaldılar. Sonra da rəsmi məlumata görə, onların ürək tutmasından öldüyü bildirildi. Hətta onlar deyilənlərə görə, 20 il bundan əvvəl cinayət törədiblərsə, onlar insandırlar, onlarla belə davranılmamalıdır. Bu nə münasibətdir? Onların sırasında Azərbaycan vətəndaşları, Azərbaycan mənşəli Rusiya vətəndaşları da var idi. Bu, bizim xalqımıza qarşı misli görünməmiş hərəkət idi. Münasibətlərin korlanmasına görə məsuliyyət bizim üzərimizə düşmür. Biz yalnız konstruktiv və hüquqi şəkildə cavab veririk, lakin heç vaxt bizə qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcəyik”.


İlham Əliyevin Rusiya ilə bağlı sərt mövqeyini şərh edən millət vəkili Hikmət Babaoğlu “Şərq”ə açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində 8 avqust Vaşinqton görüşündən sonra yaranan yeni mərhələdə bölgədəki reallıqları təhlil edərək əməkdaşlıq və sülh perspektivlərindən bəhs edib.

Prezidentin vurğuladığı əsas məqamlardan biri Rusiya - Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti və bu münasibətlərdə yaranmış soyuqluğun səbəbləri ilə bağlı oldu: “Dövlət başçısı haqlı olaraq diqqətə çatdırdı ki, münasibətlərin arzuolunan səviyyədə olmamasının başlıca səbəbi Azərbaycanın mövqeyi deyil, məhz Rusiyanın məsuliyyətsiz davranışlarıdır.

Prezident Azərbaycanın əvvəlki davranışlarını nümunə göstərməklə bu mövqeyin ədalətli və prinsipial olduğunu ortaya qoydu.

Azərbaycan aktiv müharibə apardığı bir dövrdə öz sərhədinə yaxınlaşan rus helikopterini Ermənistan ordusuna məxsus sanıb təsadüfən vurdu, bu, müharibənin tələbi idi.

Ölkə başçısının da qeyd etdiyi kimi, Rusiya helikopteri orada olmalı deyildi.

Çünki otuz il ərzində rus helikopterləri Ermənistan ərazisindən Azərbaycan sərhədinə heç vaxt yaxınlaşmamışdı. O, Ermənistandan uçaraq gəlirdi. Helikopteri vuranlar üçün açıq-aydın idi ki, Ermənistan helikopteri ərazimizə daxil olur, ona görə də onlar onu vurdular.

Helikopterin Rusiyaya məxsus olduğu aşkara çıxandan sonra rəsmi Bakı məsələni dövlətlərarası münasibətlərə uyğun şəkildə həll etdi – üzr istədi, beynəlxalq hüququn tələblərinə əməl etdi və məsuliyyəti öz üzərinə götürdü. Bu addım Azərbaycan diplomatiyasının məsuliyyətli və ədalətli yanaşmasının nümunəsi idi.

Amma eyni davranışı Rusiya tərəfdən müşahidə etmək mümkün olmadı. Azərbaycanın hava məkanına Moskvanın rəsmi icazəsi ilə daxil olmuş mülki təyyarə vuruldu. Hadisədən sonra məsuliyyətin üzərindən atılması, faktların gizlədilməsi, hətta təyyarənin dənizə düşməsinə çalışmaqla izlərin itirilməsi cəhdi Rusiyanın bu məsələdə qeyri-şəffaf mövqeyini göstərdi. Daha sonra həqiqət üzə çıxsa da, Moskva reallığı qəbul etmədi, heç bir cəzalandırıcı tədbir görmədi. Azərbaycan isə hələ də Rusiyanın bu məsələyə dair adekvat addım atmasını gözləyir”.


Millət vəkilinin sözlərinə görə, cənab İlham Əliyev müsahibəsində bu məqamı açıq və prinsipial şəkildə ifadə edib: 

“Azərbaycan mülki hava nəqliyyatına qarşı belə laqeyd və məsuliyyətsiz davranışı qəbul etmir. Bu, yalnız iki dövlət arasındakı münasibətlərə zərbə vurmur, həm də beynəlxalq hüququn əsas prinsiplərinə ziddir. Azərbaycanın mövqeyi aydındır: gələcəkdə bu kimi halların təkrarlanmaması üçün şəffaflıq və məsuliyyət təmin edilməli, günahkar tərəf öz üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Beləliklə, Prezident İlham Əliyevin mövqeyi göstərir ki, Azərbaycan sülhün və əməkdaşlığın tərəfdarıdır, lakin eyni zamanda milli maraqlarını, beynəlxalq hüququn prinsiplərini və mülki insanların təhlükəsizliyini qətiyyətlə müdafiə edir. Bu isə Azərbaycanın regionda ədalətli və prinsipial siyasət yürütməsinin bariz nümunəsidir".

"Prezident İlham Əliyevin Rusiyada sıxışdırılan azərbaycanlılarla bağlı açıqlaması da göstərir ki, Azərbaycan dövləti öz vətəndaşlarının təhlükəsizliyini və hüquqlarını prinsipial şəkildə müdafiə edir. Rusiyada azərbaycanlılara qarşı baş verən hücumlar və vətəndaşlarımızın hədəf alınması qəbuledilməzdir. Dövlət başçısı açıq şəkildə vurğuladı ki, bu cür davranışların Azərbaycan–Rusiya münasibətlərinə heç bir haqq qazandırıcı təsiri yoxdur və məsuliyyət Azərbaycanın üzərinə düşmür. Azərbaycan yalnız hüquqi və konstruktiv addımlarla reaksiya verir, lakin xalqına qarşı təcavüzə, hörmətsizliyə və ayrı-seçkiliyə dözməyəcək. Bu mövqe göstərir ki, dövlət milli maraqları, hüquq və ədaləti qətiyyətlə qoruyur” - deyə H.Babaoğlu qeyd edib.  

Şəymən Bayramova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Avqust 2025 22:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1006

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see493

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see396

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see316

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see303

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see301

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see280

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see273

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see222

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see216

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see213

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see211

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see211

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see207

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see204

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see198

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see197

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see197

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri