Icma.az
close
up
RU
Suriyanın turizm naziri: sanksiyaların ləğvindən sonra turizmdə böyük sərmayələr gözləyirik

Suriyanın turizm naziri: sanksiyaların ləğvindən sonra turizmdə böyük sərmayələr gözləyirik

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qahirə, 22 may, AZƏRTAC

ABŞ administrasiyasının Suriyaya qarşı sanksiyaları ləğv etməsi turizm sektorunun bərpasında dönüş nöqtəsidir, ərəb və digər dövlətlərdən milyardlarla dollar dəyərində sərmayələrin cəlbi üçün qapıları açır.

AZƏRTAC xəbər bildirir ki, bunu Suriyanın turizm naziri Mazin əs-Salihani Qətər Xəbər Agentliyinə müsahibəsində deyib.

Nazir əlavə edib ki, sanksiyaların ləğvi bir neçə tərəfin apardığı diplomatik və humanitar səylərin nəticəsində baş tutub.

Sanksiyaların ölkəsinin turizm sektoruna sərmayə axınına əsas maneələrdən biri olduğunu vurğulayan suriyalı nazir hazırda otelçilik və sağlamlıq turizmi sahələrində xidmətlərə ciddi ehtiyac yarandığını qeyd edib.

Nazir turizm sektorunu, eləcə də otel infrastrukturunu inkişaf etdirmək məqsədilə qısa, orta və uzunmüddətli planları əhatə edən geniş strategiya hazırlandığını diqqətə çatdırıb. Əlavə edib ki, yaxın vaxtlarda keçirilməsi planlaşdırılan investisiya konfransında turizm imkanları ilə bağlı planlar təqdim olunacaq. Qəbul ediləcək yeni investisiya qanunu da bu sektorun çiçəklənməsinə töhfə verəcək.

Qeyd olunur ki, Suriya hökuməti turizm sektorunda müxtəlif layihələr həyata keçirməklə, sərmayədarlar üçün əməkdaşlıq və tərəfdaşlıq imkanlarını genişləndirməyi hədəfləyir.

Turizm sektorunun qarşısında duran cari çətinliklərə toxunan nazir qərb sanksiyalarının, xüsusilə bank köçürmələri və SWIFT sisteminin qeyri-aktivliyinin investisiya mühitinə mənfi təsir göstərdiyini qeyd edib. Müharibədən sonra ölkədə bu sektorda ümidverici vəziyyətin yarandığını diqqətə çatdıran əs-Salihani bu yaxınlarda körfəz ölkələrindən olan şirkətlərin koalisiyası ilə ölkənin müxtəlif bölgələrindəki bir sıra turizm məkanlarının inkişafı sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalandığını təqdirəlayiq hal hesab edib.

Bildirilib ki, yeni investisiya qanunu qəbul edildikdən sonra Suriyada turizm sərmayə forumunun və ümumi iqtisadi forumun təşkili nəzərdə tutulur.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see296

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see271

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see226

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see224

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see186

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see180

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see170

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see165

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see162

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see158

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see154

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see152

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see152

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see146

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see146

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri