Icma.az
close
up
RU
Suriyapost Əsəd dövrünə keçidin REALLIQLARI Politoloq

Suriyapost Əsəd dövrünə keçidin REALLIQLARI Politoloq

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

- +

Əsədin devrilməsi ilə Suriyada 3 dövlətin qurulacağı ilə bağlı şayiələr gəzir. Bəs Suriyanın aqibətini nə gözləyir?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən politoloq Elşən Manafov bildirib ki, Suriya Ərəb baharına duruş gətirən yeganə ərəb ölkəsi idi. 2011-ci ildə beynəlxalq güclərin dəstəyi və birbaşa müdaxiləsi ilə Suriyada başlanmış vətəndaş müharibəsinin ölkənin daxili sosial, iqtisadi problemləri ilə bağlı olmadığı bəlli idi.

Politoloqun sözlərinə görə, Liviyada olduğu kimi Suriyada da Əsədə muxalif əhali ölkəyə kənardan, Əsəd hakimiyyətinin devrilməsinə çalışan qüvvələr tərəfindən gətirilmişdi. Suriyadan keçən neft və qaz kəmərləri üçün ona təklif olunan şərtləri qəbul etməyən Əsədi belə bir aqibətin gözləyəcəyini proqnozlaşdırmaq olardı.

“Əsəd iki böyük layihənin həyata keçirilməsi işində keçilməz səddə dönmüşdü. Qatar qazının bəlli marşurutla Qərb bazarlarına çıxarılması, burada Rusiyanın şəriksiz hökmranlğına son qoymaqla, Avropanın Rusiyadan olan enerji asılığını aradan qaldırmalı, Avropa Rusiya münasibətlərində ABŞ-ın həyati maraqlarına cavab verəcək şəraitin formalaşmasına sirayət etməli idi.

Digər tərəfdən Böyuk Kürdistan layihəsinin növbəti mərhələsinə keçid Suriya ərazisinin nəzarət altına alınmasını vacib edirdi. Böyük Yəhudi Padşahlığı ilə bağlı layihədə də Suriyaya önəmli yer ayrılmışdı. Suriyada Əsəd rejiminin çökməsi İraq və Türkiyə ilə bağlı layihələrə keçid üçün əsas olacaqdı. Bunu İraqın Əbdullah hərəkatının baş katibi Seyid Haşim Əl Heydəri də qeyd edir. O ,Suriyadan sonra növbənin İraqa çatacağını deyib. Bir müddət əvvəl Türkiyə prezidenti Ərdoğan da Suriyadan sonra Türkiyənin hədəfə gələcəyini söyləmişdi. 2015-ci ildə Rusiyanın Suriyada yaşanan hadisələrə müdaxiləsi Əsədi devirmək istəyənlərin planlarını pozsa da onlar bütövlükdə bu layihənin icrası ilə bağlı istəklərindən imtina etməmişdilər. Yalnız münasib vaxt və məqam gözləyirdilər. Ukrayna ilə savaşın daha gərgin bir fazaya keçməsi, İranın isə Fələstin və Livanda Hizbullah və Həmasa dəstək məqsədilə hadisələrə müdaxiləsi Əsədə dəstək verən tərəflərin qüvvələrinin parçalamasına gətirib çıxartdı ki, bu amildən də Əsəd əleyhadarları məharətlə istifadə etdilər. Suriya 4 istiqamətdən bu ölkənin legetim hakimiyyətini devirmək istəyən qüvvələrin hücumlarının qarşısını almaq məcburiyyətində idi. Şimal şərqdən ABŞ-la bağlı HTS şimaldan Türkiyənin dəstək verdiyi Suriya Azadlıq Ordusu ,cənub qərbdən druzlar, nəhayət cənubdan kürdlər. Lakin, Əsəd hakimiyyətinin yıxılması 2020- ci ildə atəşkəsin əldə edildiyi dövrdən bəri Əsəd iqtidarının vətəndaş müharibəsi və xarici hərbi müdaxilə nəticəsində ölkəni bürümüş dağıntı, səfalət və aclığı aradan qaldırmaq üçün zəruri tədbirləri, islahatları həyata keçirə bilməməsi oldu. Əslində, ona bu imkanı vermədilər də. Əsədin beynəlxalq izolyasiyadan çıxmaq üçün atdığı addımlar onu devirmək istəyənlərin diqqətindən yayınmadı. Əsədin uzun fasilədən sonra Ərəb dövlətlərinin Liqasında görsənməsi, Ərdoğanın onunla dialoq aparmaq istəyi, Rysiyaya olan vizitlər göstərir ki, onun beləcə 12 gün ərzində devriləcəyi gözlənilən deyildi. Lakin, əlahəzrət fakt Əsədin artıq devrildiyini deyir. Artıq Suriyanın ən yeni tarixində post Əsəd dövrü başlayır, bu dövrü görmək və onun gəlişini sürətləndirmək istəyən tərəflər şübhə yoxdur ki, maraqlar toqquşduğundan uzun müddət ortaq məxrəcə gələ bilməyəcəklər. Artıq post Əsəd dövrunun əsas oyunçularının Türkiyə, ABŞ və Vaşinqtonla bağlı qüvvələr olacağı birmənalıdır. Ankara ABŞ və İsrailin regionla bağlı geosiyasi maraqlarına duruş gətirmək üçün Moskva və Tehranla dialoqu genişləndirməyə məcburdur, zira Suriyadan sonra Türkiyənin hədəf olacağını Ərdoğan özü bəyan etmişdi”.

Dəniz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 09 Dekabr 2024 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see250

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see228

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see211

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see189

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see178

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see164

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see162

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see155

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see147

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see145

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see140

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see139

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see138

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see137

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri