Icma.az
close
up
RU
Beynəlxalq təşkilatların İFLASI Gücün hakim olduğu yeni dünya REALLIQLARI

Beynəlxalq təşkilatların İFLASI Gücün hakim olduğu yeni dünya REALLIQLARI

Icma.az bildirir, Bizim media portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların BMT-nin 31 qurumu da daxil olmaqla, 66 beynəlxalq təşkilatda maliyyələşdirilməni və iştirakını dayandıran sənəd imzalayıb.
Sənəddə bildirilir ki, bu təşkilatların çoxu ABŞ-nin suverenliyinə və iqtisadi gücünə zidd olan radikal iqlim siyasətlərini, qlobal idarəetməni və ideoloji proqramları təbliğ edir.
Ağ Evin yaydığı məlumatda qeyd olunub ki, Amerika vergi ödəyiciləri beynəlxalq təşkilatların maliyyələşdirilməsinə milyardlarla pul xərcləyiblər, halbuki az gəlir əldə ediblər.
Donald Trampın ikinci müddətinin əvvəlindən bəri ABŞ artıq Ümumdünya Səhiyyə Təşkilatından (ÜST), Paris İqlim Sazişindən, BMT İnsan Hüquqları Şurasından və Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyindən (UNRWA) çıxıb.
ABŞ-ın bu addımı təəccüblü görünsə də, məntiqli qərardır.
Amerikalıların ödədiyi vergilər hesabına formalaşan Federal Büdcə hər il müxtəlif Beynəlxlaq təşkilatlara 10 milyardlarla dollar pul ödəyir. Ödənilən bu pulların sadə amerikalıların sosial-iqtisadi həyatına isə heç bir müsbət təsiri yoxdur.
Bu gün ABŞ  fövqəlgücdür. Onun qarşısını heç bir ölkə və yaxud beynəlxlaq təşkilat dayanmaq iqtidarında deyil. Elə Maduronun yatağından oğurlanması bunun əyani sübutudur.
Halbuki əvvəlki onilliklərdə belə bir əməliyyatın keçirilməsi üçün ən azı BMT Təhlükəsizlik Şurasının qətnaməsi lazım gəlirdi. Amma Trampın şəxsi göstərişi ilə başqa bir ölkənin lideri həbs edildi və “mühakimə olunmaq” üçün ABŞ-a gətirildi. Nəticədə heç bir beynəlxalq təşkilat və hətta BMT buna qarşı çıxmadı.
 

Bu da onu göstərir ki, BMT və digər beynəlxalq təşkilatlar artıq öz missiyalarını başa vurub, səlahiyyətsiz, gücsüz qurumlara çevriliblər. Yəni, bu gün əksər beynəlxlaq təşkilatlar ancaq özfəaliyyətlə məşğul olurlar.


Üstəlik onların mövcudluğu üçün dünya dövlətləri həmin təşkilatlara üzvlük haqqı və ianələr ödəyirlər. Məsələn BMT-nin illik büdcəsinin 22 faizini ABŞ ödəyir. Bundan əlavə, müxtəlif fondların və təşkilatların saxlanması üçün Federal Büdcə BMT-yə əlavə olaraq illik 15-20 milyard dollar yardım edir.
Nəticə varmı?
Lakin ödənilən bu qədər yardımlar müqabilində beynəlxalq təşkilatların faydalılıq əmsalı çox aşağıdır. Onlar ancaq iclas keçirmək və hansısa bəyanatı verməklə işlərini bitmiş hesab edirlər.
Ən pisi də odur ki, beynəlxalq təşkilatlar üzv dövlətlər arasında belə vasitəçi ola bilmir. Biz bunu ölkəmizin timsalında dəfələrlə görmüşük. 30 illik Ermənistan işğalı dövründə BMT-dən tutmuş digər beynəlxalq təşkilatlara qədər heç biri prinsipiallıq göstərmədi. İki üzvü arasında heç zaman sağlam dialoq belə yarada bilməyən beynəlxalq təşkilatlar, iş üzvlük haqqı məsələsinə gələndə çox prinsipial davrandılar.
Məsələn, həm Azərbaycan, həm də Ermənistan uzun illər ATƏT-in üzvüdür. Lakin bu təşkilat iki ölkə arasında münaqişədə orta yol tapılmasına heç zaman səy göstərmədi, işğalçını öz adıyla çağırmadı. Baxmayaraq ki, ATƏT yarandığı gündən təkcə Avropaya yox, bütün dünyaya beynəlxalq hüquqdan və insan haqlarından “dərs deyir”.
ATƏT-in subyektivliyini, qərarsızlığını görən Azərbaycan hökuməti 10 il öncə ATƏT-in Bakı ofisininin bağlanması haqqında qərar verdi. 
Azərbaycanın prinsipial mövqeyi
Azərbaycan beynəlxalq təşkilatlarla münasibətdə hər zaman prinsipial olub. Qarşılıqlı maraq doğuran məsələlərdə ikili yanaşma sərgilənəndə Azərbaycan hökuməti öz mövqeyini ortaya qoyub. Lazım gələndə isə belə qurumlarla əməkdaşlığı dayandırıb.
 

Məsələn, Azərbaycan hökumətinin tələbi ilə ötən il Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisi bağlandı. Səbəbsə çox sadə idi. BQXK 30 il davam edən Ermənistan- Azərbaycan münaqişəsində bir qayda olaraq rəsmi İrəvanın tərəfini saxlayıb. Üstəlik, Azərbaycanın razılığı olmadan təşkilat Xankəndində öz ofisini yaradıb və 30 ilə yaxın bu ofisin fəaliyyəti Ermənistan üzərindən idarə olunub.


Ən pisi də o idi ki, 44 günlük müharibədən sonra BQXK öz bədnam iş rejimindən əl çəkmədi. 3 il müddətində təşkilatın Xankəndi ofisi İrəvandakı nümayəndəliyindən idarə olundu. Azərbaycan tərəfinin davamlı xəbərdarlıqlarına baxmayaraq BQXK bu yalnış yoldan üz çevirmədi.
Nəticədə Azərbaycan qəti qərarını verdi və BQXK-nin Bakı ofisi bağlandı. Onu da qeyd edək ki, 35 il müddətdə BQXK-nın Azərbaycana münasibətdə heç bir ciddi və səmərəli fəaliyyətinə şahid olmadıq, yalnız kosmetik fəaliyyət imitasiyasını müşahidə etdik.
2025-ci ildə əməkdaşlığa son verilən beynəlxalq təşkilatlar
Ötən il Azərbaycan hökuməti ölkədə fəaliyyət göstərən bir neçə BMT agentliyinin və beynəlxalq təşkilatın ofislərini bağlamaq qərarına gəldi. Qərara əsasən BMT-nin İnkişaf Proqramı (BMTİP),  BMT-nin Əhali Fondu (BMTƏF), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK), BMT-nin Uşaq Fövqəladə Hallar Fondu (UNICEF) və Beynəlxalq Miqrasiya Siyasətinin İnkişafı Mərkəzi (ICMPD) ilə əməkdaşlığa son verildi. Bu ofislərin bağlanması ilə bağlı rəsmi bildirişlər müvafiq təşkilatlara göndərildi.
Qərarın Azərbaycanın 1990-cı illərdə humanitar böhranla üzləşən bir ölkədən indi başqalarına kömək edən bir ölkəyə çevrilməsinə əsaslandığı bildirilirdi. Çünki bu təşkilatların əvvəllər həll etdiyi məsələlər artıq ölkədə mövcud deyil və bu da onların davamlı iştirakını lazımsız edir.
Qərara təsir edən digər əsas amil, İkinci Qarabağ müharibəsindən sonra Qarabağ azad edildikdən sonra bu təşkilatların nümayəndələrinin Qarabağa səfər etmək istəməməsi olub.
Bir vaxtlar Azərbaycanı da hədəf alırdılar...
Rəsmi Vaşinqtonun əməkdaşlıqdan imtina etdiyi təşkilatlardan biri də Avropa Şurası nəzdində Venesiya Komissiyasıdır. Bu Komissiya hər bir azərbaycanlıya yaxşı tanışdır. Hər zaman ölkəmizə qarşı qərəz nümayiş etdirən bu təşkilat davamlı olaraq Azərbaycan haqqında böhtan dolu hesabatlar hazırlayıb. Bu təşkilat uzun illər Azərbaycana seçkilərlə bağlı “ağıl” öyrətməyə çalışırdı. Ən dəhşətlisi o idi ki, Azərbaycan dövlətinin daxili işlərinə müdaxilə edirdi.
Sonuncu dəfə VK 2022-ci ildə “Media haqqında” qanun barədə rəy hazırlamışdı. Həmin rəy nəinki Azərbaycan qanunvericiliyinə, həmçinin Avropa İnsan Hüquqları Konvensiyasına və digər beynəlxalq hüquqi-normativ aktlara zidd iddialar toplusundan başqa bir şey deyildi. Bu həm də hüquqi riyakarlıq nümunəsi idi. Məhz bu cür riyakarlıqlara və səmərəsiz fəaliyyətə görə ABŞ hökuməti VK-yə “qapını göstərdi”.
Dəyişən dünya düzənində yeni çağırışlar
XXI əsr həyatımıza yeni texnologiyalar yox, həm də yeni siyasi reallıqlar gətirdi. Artıq beynəlxalq miqyasda məsələlərə yanaşmada hüquq deyil, güc əsas faktordur. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində beynəlxalq münasibətlər sistemindəki reallıqları aydın şəkildə təhlil etmişdi:
“Beynəlxalq hüququn norma və prinsipləri faktiki olaraq işləmir. Bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Dünyadakı proseslər o istiqamətdə gedir ki, hər bir ölkə ilk növbədə öz hərbi potensialını gücləndirməlidir, təhlükəsizliyini gücləndirməlidir... Bugünkü dünya belədir: kim güclüdür, o da haqlıdır”.
Bir daha qeyd edirik ki, Azərbaycan 30 ilə yaxın müddət ərzində beynəlxalq hüququn işləməməsindən ən çox əziyyət çəkən ölkələrdən biri olub. BMT Təhlükəsizlik Şurası, ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatlar Qarabağ münaqişəsinin həllində nəinki uğursuz olublar, bəzi məqamlarda işğalçının, təcəvüzkarın yanında dayanıblar. Ona görə də Azərbaycan güc yolu ilə ədaləti bərpa etdi.
Əgər Azərbaycan bütün problemlərini özü həll edəcəkdisə, bu gün dünyada əsas faktor gücdürsə, o zaman bu beynəlxlaq təşkilatlar nəyə, kimə lazımdır?!
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Yanvar 2026 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri