Suriyaya ilk yardım karvanımız yola düşdü Fotolar
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək məqsədilə, 30 dekabr tarixində ölkəmiz tərəfindən müxtəlif qida və ərzaq məhsullarından ibarət humanitar yardım karvanı 10 ədəd yük avtomobili vasitəsilə Bakı şəhərindən yola salınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, ümumi çəkisi 200 tona yaxın olan humanitar yardımın Gürcüstan və Türkiyə əraziləri üzərindən daşınmaqla, Türkiyə-Suriya sərhədindəki “Çobanbey” keçid məntəqəsinə çatdırılması planlaşdırılır.
Sözügedən yardımın Suriya Ərəb Respublikasının İdlib şəhərində Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) dəstəyi ilə ünvanı üzrə paylanması nəzərdə tutulur.




Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanı yola düşdü FOTO
30 Dekabr 2024 10:48
Prezident göstəriş verdi: Azərbaycandan Suriyaya humanitar yardım yola düşdü
30 Dekabr 2024 10:47
Bakıdan Suriyaya yardım konvoyu yola salındı Foto
30 Dekabr 2024 10:37
Türkiyə Suriyaya yardım göndərdi
15 Dekabr 2024 09:48
Ukrayna Suriyaya yardım göndərəcək?
16 Dekabr 2024 21:04

