Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Sursat anbarı ətrafında media “partlayışı“

Sursat anbarı ətrafında media “partlayışı“

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Mənzil-qərargahı Polşada yerləşən “Nexta” kanalı tərəfindən 2026-cı il sentyabrın 2-də Azərbaycan Respublikasının Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğın hadisəsi ilə bağlı subyektiv mülahizələrə əsaslanan, məsələni dövlətlərarası siyasi münasibətlər fonunda təqdim etməyə çalışan və ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayılmışdır".

Bu cümlələr Medianın İnkişafı Agentliyinin son bəyanatından götürülüb.

Nə baş verib?

Məlum olduğu kimi, Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi sentyabrın 2-də birgə məlumat yayaraq, bildiriblər ki, Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən "sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib".

Məlumatda deyilir: "Dərhal Fövqəladə Hallar və Müdafiə nazirliklərinin müvafiq qüvvələri tərəfindən Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqəli şəkildə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb və vəziyyət nəzarət altına alınıb. Hadisə ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqdakı insanlar təxliyə edilib".

Məlumatdan göründüyü kimi, Azərbaycan hökuməti hadisə haqqında operativ məlumat yayıb, heç nəyi gizlətməyib, yanğınla müşaiyət olunan partlayışın baş verdiyini deyib. Burda yalnız əhalisi təxliyə olunan kəndlərin adı çəkilməmişdi, bu da sırf təhlükəsizlik, yəni əlavə təşviş yaratmamaq məqsədləri daşıya bilər.

Bu, birinci belə hadisə deyil. Başqa ölkələrdə də müxtəlif səbəblərdən sursat anbarlarında zaman-zaman partlayış, yanğın olur. Rəsmi məlumatdan da göründüyü kimi, vəziyyət nəzarət altına alınıb, xəsarət alan olmayıb və sair.

Ancaq bəzi xarici media dairələri Azərbaycandakı bu texnogen hadisəni siyasiləşdirməyə, hətta dövlətlərarası münasibətlər kontekstində təqdim etməyə çalışıblar.

MEDİA-nın bəyanatında da vurğulandığı kimi, əvvəlcə bu haqda Nexsta öz siyasiləşmiş versiyasını yayıb. Məlumat kanalın sosial media hesablarında da paylaşılıb. Daha sonra Belorus Respublikasının STV kanalı da Nexsta-ya istinadla onun versiyasını tirajlayıb.

Bəs nədir Nexta kanalının versiyası?

Diversiya.

Guya Azərbaycanın sursat anbarında baş verən partlayış və yanğın xüsusi məqsədlərlə törədilmiş diversiya olub.

Ancaq rəsmi olaraq, heç bir mənbə bu versiyanı təsdiq etmir; ilkin məlumatda da yoxdur. Deməli, ortada, sadəcə, Nexsta kanalının sərbəst yozumu, özünün irəli sürdüyü versiyası var.

Versiyadır, ola bilər - media orqanı və ya jurnalist hər bir hadisə haqqında (illah da sursat anbarında partlayış və yanğın kimi insident barədə) öz versiyasını qura və irəli sürə bilər.

Ancaq burada iki mühüm məqam var: birincisi, hətta sərbəst yozum da hansısa fakta, mənbəyə, heç olmasa, bir ipucuna istinad etməlidir. Bunlar və bunlardan hər hansı biri ortada yoxdur. İkincisi, hətta bütün bunlar olsa belə, bu cür hadisə haqqında media versiyasında hansısa dövlətin (yaxud dövlətlərin) adını heç bir fakt, əsas olmadan hallandırmaq - baş verənləri heç bir dəlil-sübuta söykənnədən dövlətlərarası münasibətlər kontekstində şərh etmək, yumşaq desək, hədsiz qeyri-peşəkarlığın göstəricisidir.

Bu yerdə adətən Albert Eynşteynə məxsusluğu iddia olunan bir fikir yada düşür: “İki şey sonsuzdur: kainat və insan axmaqlığı. Kainat haqqında isə tam əmin deyiləm.”

Mən bu fikirdəki ifadəni dəyişərdim, mövzumuza belə aid edərdim: bəzən insan məsuliyyətsizliyi heç bir sərhəd tanımır.

Azərbaycanda sursat anbarı partlayır, dərhal Nexsta bunu "diversiya" adlandırır və Rusiya-Azərbaycan münasibətlərdəki gərginliklə yanaşı qoyaraq, eyham vurur, daha sonra Rusiyameylli və ermənimənşəli informasiya kanalları, eləcə də, Belorus kanalı bu versiyanı yayır.

Bunları bəlkə hardasa anlamaq olardı. Ancaq maraqlı, daha doğrusu, heyrətamiz bir nüans var: Qərb mediası dərhal təşəbbüsü ələ alır və əsassız, hətta xüsusi qərəzlə quraşdırılmış versiyanı geniş yaymaqda bir-biri ilə yarışır.

Ona görə MEDİA öz xüsusi bəyanatında konkret adlar çəkərək yazır: "Böyük Britaniyanın “The Independent”, “The Guardian” qəzetlərində və “BBC” teleradio və yayım şirkətində, ABŞ-nin CNN telekanalında, Fransanın “Le Monde” qəzetində, Polşanın TVP telekanalı və digər resurslarda yayılan materiallardakı aşkar birtərəfli yanaşma və əsassız mülahizələr Azərbaycanın beynəlxalq imicini hədəf alan informasiya hücumunun tərkib hissəsidir".

ABŞ, Böyük Britaniya, Fransa, Polşa media resurslarından söhbət gedir. Bu resursların mənsub olduğu cəmiyyətlər, dövlətlər, elə öz ifadələri ilə desək, Rusiya aqressiyası təhlükəsi ilə qarşı-qarşıya qalıblar. Bu, faktdır.

Avropa İttifaqı öz vahid hərbi gücünü formalaşdırmağa çalışırmı?! Çalışır. Avropanın aparıcı dövlətləri öz hərbi büdcəsini artırmaq qərarı veriblərmi?! Bəli.

Buna dair rəqəmlər, hesabatlar göstərə bilərəm. Açıq qaynaqlarda dövlət sənədləri var. Onları sadalayıb, oxucunu yormaq istəmirəm.

Avropa kimdən, nədən qorunmağa çalışır?! Təbii ki, Rusiya təhlükəsidən. Bunu rəsmi şəxslər də açıq-açıq söyləyir. Moskva da Ukraynaya hərbi dəstək verənləri zaman-zaman açıq və net təhdid edir.

Bir sözlə, Avropa toplumları, Qərb insanı Rusiya-Ukrayna müharibəsi fonunda - hərbi əməliyyatların genişlənərək Ukrayna sərhədlərini aşması ehtimalında ekzistensial təhlükə qarşısında qalıb. Buna kimsənin şübhəsi yoxdur ki?! Məncə, yoxdur. Hələ lokal nüvə zərbələri haqda təhdidləri heç demirəm.

Belə olan halda Avropa, bütövlükdə Qərb ölkələri cəmiyyətlərinin (müəyyən halda Qərb dövlətlərinin) pulu ilə işləyən media orqanları niyə Goranboy hadisəsi haqqında Azərbaycan rəsmi mənbələrinə deyil, hansısa Belorus mənşəli kanala istinad edir? Niyə bir çox hallarda qarşı tərəfin xeyrinə olan, yaxud hətta qarşı tərəfin ortaya atdığı ehtimal olunan narrativləri yayır həmin o Qərb mediası?! Həm də, MEDİA-nın öz bəyanatında da vurğuladığı kimi, oxşar tezislərlə vahid mərkəzlərdən idarə olunan bir kampaniyaya qoşulurlar. Beləliklə, Qərb insanının ekzistensial maraqlarını zədələyən davranış sərgiləyirlər.

Burada həmin o məşhur sual tam yerinə düşür: "Sən kimin əmisi oğlusan?"

Ayının ya kimin?!

Hə, o başqa məsələdir ki, versiyanı nə CNN, nə BBC və sair iıkin mənbə olaraq, bəziləri hətta ayrıca xəbər, məqalə şəklində yazmayıb. Ancaq Nexsta kanalının versiyasına istinad edərək belə bir şaiyə yayıldığını yazıblar.

Onu bilirik ki, Qərb mediasında şaiyəyə istinad etmək kimi bir təcrübə var - bir mətni məlumat kimi təqdim edib, sonra bunun şaiyə olduğunu demək özü də həmin şaiyəni yaymağın bir forması deyilmi?! Şaiyə olduğunu bilə-bilə, onu yaymağın adı, mənası, məqsədi nədir?! Axı Azərbaycan hökuməti dərhal hadisə haqda ilkin rəsmi məlumat yayıb. Yəni şaiyələri bəsləyə biləcək məlumatsızlıq "turbulens"i də olmayıb ki, buna istinad edilə.

Goranboyda baş vermiş hadisənin anoloqu Qərb ölkələrində olmur?! Əlbəttə olur. Elə ABŞ (Virciniya ştatında) yarım il bundan əvvəl sursat istehsalında belə bir texnogen hadisə ilə üzləşib. Son 10 ilin hadisələrinə baxsaq, Fransa, İtaliya, Yunanıstan, Çexiya, İspaniya, Bolqarıstan kimi ölkələrdə sursat anbarlarında, ya da sursat istehsal edən zavodlarda partlayış və yanğın hadisələri baş verib. Elə 2024-cü ildə Polşada - Nexsta kanalının mənzilləndiyi ölkədə belə bir texnogen qəza yaşanmışdı.

Ancaq Qərb mediası bu hadisələrdə diversiya axtarmamışdı, yalnız rəsmi mənbələrə, hökumətlərin araşdırmalarının nəticələrinə istinad etmişdi.

Bəs necə olur ki, eyni hadisə Azərbaycanda baş verəndə Qərbin tərifli mediası xorla buna "diversiya" deyib, siyasi rəngə boyayır?! Dərhal Rusiya-Azərbaycan münasibətlərinə müncər edirlər.

Niyə?! Məqsəd nədir?!

Bu dövlətləri qarşı-qarşıya gətirməkmi?!

Azərbaycan öz imkanları çərçivəsində Ukraynaya humanitar yardım göstərir. Beynəlxalq hüquq prinsiplərindən kənara çıxmır (ki, bu da Ukraynaya təbii siyasi dəstək deməkdir). Ancaq eyni zamanda həm Ukraynaya, həm də Rusiyaya təsir edərək (eləcə də, vasitəçilik təklif etməklə) müharibənin dayandırılmasına çalışır.

O halda niyə Qərbdə Azərbaycanın əleyhinə belə bir kampaniya aparılır?!

Heç bir məntiqi izah tapmaq mümkün deyil.

Baxın, Ermənistanda son günlər səs-küylü həbslər var. Keçmiş prezidentlər, keçmiş baş nazir, keçmiş nazirlər, müxalifət liderləri həbs olunur. Qərb mediası ya bu haqda susur, ya da rəsmi versiyaya əsaslanan qısa xəbərlərlə kifayətlənir. Bəllidir ki, istintaq araşdırmalarının nəticələrini gözləyirlər. Doğru.

Bəs Azərbaycana münasibətdə niyə fərqli mövqe tuturlar?!

Başqa vaxt deyirlər, Qərb ölkələrində media hökumətdən asılı deyil. Çox gözəl səslənir - bunu eşitmək qulağa, oxumaq gözə xoş gəlir. Ancaq reallıqda (o cümləən, son hadisəyə münasibətdə) Qərb mediasının da öz hökumətlərinin bəzi davranışlarını təkrarladığını görürük.

Qərbdə ikili standartlara əsaslanan siyasət görmüşdük. Sən demə, ikili standartı olan media da varmış...

Goranboyda sursat anbarı partlayıb, bu məlum. Bu hadisə fonunda dünya mediasında da başqa bir partlayış baş verdi: qərəzli dezinformasiya "partlayışı"...

Bahəddin Həzi
Yazıçı-publisist, Azərbaycan Respublikasının Əməkdar jurnalisti

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Sentyabr 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see389

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see300

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see294

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see276

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see256

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see230

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see229

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see227

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see224

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see224

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see222

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see218

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see213

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see211

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see201

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see199

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see197

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see190

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see187

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri