Ombudsmanın sursat partlayışı ilə bağlı bəyanatı
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ağstafada baş vermiş sursat partlayışı ilə bağlı bəyanatla çıxış edib.
“Mina və partlamamış hərbi sursat təhlükəsi ölkəmizdə insanların həyat və sağlamlığı üçün ciddi təhdid olaraq qalmaqda, insan hüquqlarının, xüsusilə yaşamaq hüququnun pozulmasına səbəb olmaqdadır”, – deyə sənəddə bildirilir.
Bəyanatda, həmçinin deyilir: “Ağstafa rayonunda baş vermiş partlayış nəticəsində bir nəfərin həlak olması, digərinin isə ağır xəsarət alması dərin təəssüf və narahatlıq doğurur.
COP31 kimi qlobal əhəmiyyətli iqlim tədbirinin keçirildiyi, dünyanın təhlükəsiz və dayanıqlı gələcək naminə təşəbbüslərini birləşdirdiyi bir dövrdə Azərbaycanda bu cür faciənin baş verməsi beynəlxalq ictimaiyyətin diqqətini mina və partlamamış hərbi sursatların yaratdığı humanitar təhlükəyə bir daha yönəltməlidir”.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 17 Noyabr 2026 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















