Sürücü ana və iki uşağını vurdu 3 yaşlı uşaq həlak oldu
Bizim media saytına istinadən Icma.az xəbər verir.
Rusiyanın Kalininqrad şəhərində sərxoş sürücü ana və iki azyaşlı uşağını vurub. Hadisə nəticəsində 3 yaşlı oğlan hadisə yerində dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, faciə Pribrejni rayonunun Zavodskaya küçəsində baş verib. Uşağın bir yaşlı bacısı təcili xəstəxanaya çatdırılıb.
Hadisə zamanı uşaqların yanında olan ana da ciddi xəsarət alıb. Lakin o, övladının ölümü ilə bağlı yaşadığı ağır şok səbəbindən xəstəxanaya getməkdən imtina edib. Hazırda hadisə yerində həkimlər və psixoloqlar qadınla işləyirlər.
Vilayət Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, qəzaya səbəb olan sürücü sərxoş vəziyyətdə olub. Faktla bağlı polis tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, oxşar faciəli hadisə bu yaxınlarda Moskva vilayətinin Zaraysk bələdiyyə dairəsində də baş verib. "Audi" markalı avtomobili idarə edən qadın qarşıdan gələn zolağa çıxaraq reys avtobusu ilə toqquşub. Nəticədə 6 yaşlı uşaq həlak olub.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 05 İyul 2026 22:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















