Kişi arvadını və 3 yaşlı uşağını bıçaqladı
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Lənkəran şəhərində kişi həyat yoldaşına və azyaşlı oğluna bıçaqla xəsarət yetirib.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində, “Müəllimlər Binası” kimi tanınan yaşayış binasında baş verib.
34 yaşlı Allahşükür Ağazadə ailə münaqişəsi zəminində həyat yoldaşı, 1997-ci il təvəllüdlü Rəvanə Ağazadəyə çoxsaylı bıçaq zərbələri endirib. Bu zaman evdə olan 2023-cü il təvəllüdlü azyaşlı H.A. qorxaraq anasının qucağına sığınıb. Atanın qadına endirdiyi zərbələrdən üçü uşağa dəyib.
Ağır xəsarətlər alan ana və övladı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Rəvanə Ağazadə isə əməliyyat blokuna alınıb.
Son məlumata görə, onun əməliyyatı davam edir.
Hadisəni törətməkdə şübhəli bilinən Allahşükür Ağazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, ailə əslən Lənkəran rayonunun Xanbulan kəndindəndir. Onlar hadisənin baş verdiyi ünvanda kirayədə yaşayırlar.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Baxış sayı:96
Bu xəbər 13 Oktyabr 2026 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















