Sürücü işləmək istəyən qadınları SEVİNDİRƏCƏK XƏBƏR Maaş 1460 manat
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"BakuBus" MMC fəaliyyətə başladığı gündən etibarən ictimai nəqliyyat sahəsində xidmət keyfiyyətinin artırılmasını və sərnişin məmnunluğunu prioritet istiqamət olaraq müəyyən edib və bu məqsəd istiqamətində əsaslı tədbirlər həyata keçirib. Eyni zamanda, gender bərabərliyinin təşviqi və inklüziv iş mühitinin yaradılması da daim diqqət mərkəzindədir".
Bu sözləri BAKU.WS-ə "BakuBus" MMC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyeva bildirib.
Onun sözlərinə görə, şirkət bütün marşrutlar üzrə və say məhdudiyyəti olmadan qadın sürücüləri işə götürəcək:
"Bir neçə gün əvvəl rəsmi sosial media platformalarımızda "Qadınları Sükan Arxasına Dəvət edirik!" başlığı ilə paylaşdığımız vakansiya bu təşəbbüsümüzün ən vacib təzahürlərindəndir. Bildiyimiz kimi, Azərbaycanda ictimai nəqliyyatda qadınların sürücü kimi təmsil olunması çox nadir haldır. Lakin, biz BakuBus olaraq inanırıq ki, qadınların bu sahəyə cəlb edilməsi xidmət mədəniyyətinə, təhlükəsizlik səviyyəsinə və cəmiyyətin sosial inkişafına müsbət təsir göstərəcək.
Bildiririk ki, işə qəbul prosesində qadın sürücülər üçün heç bir say məhdudiyyəti qoyulmamışdır – D kateqoriyalı sürücülük vəsiqəsinə sahib olan istənilən sayda qadın namizəd işə dəvət oluna bilər. Müvafiq vəzifə üzrə əməkhaqqı 1460 AZN məbləğində müəyyən olunub. İşə qəbul olunmuş sürücülər Bakı şəhəri daxilində "BakuBus" MMC-nin istismarında olan bütün marşrut xətləri üzrə fəaliyyət göstərə biləcəklər.
Artıq 10-dan çox xanım namizəd vakansiyaya müraciət etmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən, namizədlərin D kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır. Müraciət edən hər bir namizəd fərdi şəkildə dəvət olunaraq işə qəbul prosesi və prosedur qaydalarla ətraflı tanış ediləcəkdir".
Orxan Hüseyn
Baxış sayı:155
Bu xəbər 21 May 2025 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















