Sürücüləri çətin vəziyyətdə qoyan yol: Arakəsmə var, YOL NİŞANLARI YOXDUR
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Bakının mərkəzi prospektlərindən birində yol nişanlarının qoyulmaması sürücülərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, söhbət Ziya Bünyadov prospektinin köməkçi yolundan Böyükşor-Pirşağı istiqamətinə gedən yolla Müzəffər Nərimanov küçəsinin kəsişməsindən gedir.
"Yolda arakəsmə yaradıblar, amma heç bir nişan qoymayıblar. Bu isə qəzaları qaçılmaz edir, xüsusən də gecə saatlarında",- deyə şikayətdə bildirilib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında yolda işlərin yekunlaşmadığını bildirib.
"Həmin ərazidə günün pik saatlarında tıxac olduğu üçün nəqliyyat vasitələri bir-birlərinə mane olurlar. Ərazidə nəqliyyat axınını ayırmaq üçün nəzərdə tutulan iki adacıq quraşdırılıb. İşlər hələ yekunlaşmayıb. Yaxın günlərdə ərazidə müvafiq nişanların quraşdırılması və digər məsələlər öz həllini tapacaq və səsləndirilən problem aradan qaldırılacaq", - deyə A.Nəcəfli vurğulayıb.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 19 Mart 2025 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















