Sumqayıtda qazılan yol sürücüləri çətin duruma salıb
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Sumqayıt şəhərindəki 8-ci mikrorayon ərazisində yolun yararsız vəziyyətə düşməsi sürücülərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə videogörüntü yayımlanıb.
Bildirilib ki, A.Quliyev və Bakı küçələrinin kəsişməsində yerləşən yol aidiyyəti qurum tərəfindən aparılan işlər səbəbindən uzun müddətdir qazılıb və bu günədək bərpa olunmayıb. Nəticədə həmin ərazidə hərəkət edən sürücülər ciddi çətinliklərlə üzləşirlər.
Oxu.Az-ın sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, qazıntı işləri yeni yaşayış binasının kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar aparılıb.
"Sumqayıt şəhərində inşa olunan yeni yaşayış binasının kanalizasiya xəttinin çəkilməsi müvafiq layihə sənədlərinə uyğun olaraq tam şəkildə icra edilib. Hazırda ərazidə asfalt örtüyünün bərpası ilə bağlı işlərin aparılması nəzərdə tutulur.
Hava şəraiti normallaşdıqdan sonra sözügedən işlərin qısa müddət ərzində tamamlanması təmin ediləcək", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 09 Fevral 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















