Icma.az
close
up
RU
Sürücülərin cərimə bal limiti niyə artırılmır? Nəqliyyat eksperti SƏBƏLƏRİ AÇIQLADI

Sürücülərin cərimə bal limiti niyə artırılmır? Nəqliyyat eksperti SƏBƏLƏRİ AÇIQLADI

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda sürücülər üçün tətbiq olunan cərimə balı limitinin artırılması məsələsi yenidən müzakirə mövzusuna çevrilib. Son günlərində bu istiqamətdə səsləndirilən təkliflər ictimaiyyətdə müxtəlif fikirlərə səbəb olub. Bir tərəf hesab edir ki, mövcud sistem sürücülər üçün həddindən artıq sərtdir, digər tərəf isə bal limitinin artırılmasının yol hərəkəti təhlükəsizliyinə mənfi təsir göstərə biləcəyini düşünür.
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Avtosfer.az-a açıqlamasında bildirib ki, silinməsi və ya cərimə balının artırılması bəzi sürücülər üçün əlverişli ola bilərdi.


“Xüsusən də bu sahədə peşəkar çalışan insanlar – taksi və avtobus sürücüləri və digər nəqliyyat sektorunda çalışan sürücülər üçün bu, daha münasib hesab oluna bilər. Məsələ ondadır ki, cərimə balı sistemi aradan qaldırılsa və ya limit artırılsa, biz yollarda qayda pozuntularının azalmasına nail ola biləcəyikmi? Qəzaların sayının azalmasına təsir edəcəkmi? Bu sual düşündürücüdür? Mən düşünürəm ki, yox. Ona görə də, burada məsələyə çox diqqətlə yanaşmaq lazımdır. Məsələn, belə bir praktika müxtəlif ölkələrdə mövcuddur. Elə ölkələr var ki, orada ümumiyyətlə cərimə balı sistemi tətbiq edilmir, yalnız cərimə məbləği müəyyən olunur. Amma belə bir qayda da var: cərimə balı yazılmasa belə, sürücü eyni qayda pozuntusunu il ərzində iki və ya üç dəfə təkrarlayarsa, onda onun sürücülük vəsiqəsi və ya sürücülük hüququ müvəqqəti olaraq məhdudlaşdırılır. Ona görə də burada çox diqqətlə düşünmək lazımdır ki, artırmaların hansısa fəsadları ola bilərmi, yoxsa olmayacaqmı. Daha sonra isə bu istiqamətdə müəyyən addımlar atmaq olar.  Sadəcə elə qayda pozuntuları var ki, məsələn, qırmızı işıqdan keçmək, sürət həddini aşmaq, içkili vəziyyətdə sükan arxasına oturmaq kimi ciddi hallarda cərimə balının tətbiqi vacibdir. Amma dayanma və durma qaydalarının pozulmasına görə cərimə balının yazılmaması daha uyğun ola bilər. Əgər cərimə ballarını tamamilə ləğv etsək, imkanı olan şəxslər tez-tez qayda pozacaqlar. Çünki artıq çəkindirici mexanizm mövcud olmayacaq. Sadəcə cəriməni ödəyib dəfələrlə qaydaları pozmağa davam edəcəklər. Bu səbəbdən cərimə balı çəkindirici bir mexanizm olmaqla yanaşı, həm də ədalət prinsipidir”.
Fatimə Dadaşova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:437
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 07 May 2026 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri