Icma.az
close
up
RU
Sürücülərin diqqətinə! Tüstü bu rəngdə çıxırsa 1000 manata yaxın xərci var

Sürücülərin diqqətinə! Tüstü bu rəngdə çıxırsa 1000 manata yaxın xərci var

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avtomobildə diqqət edilməsi vacib olan nüanslardan biri də antifrizdir. Mühərrikin daim yüksək temperaturlarda işləməsini nəzərə alsaq onun soyuması üçün antifrizin keyfiyyəti, miqdarı, daimi nəzarət mühüm rol oynayır.

Antifriz nədir?

Antifriz avtomobil mühərrikində və soyutma sistemlərində istifadə olunan xüsusi mayedir. Onun əsas funksiyası mühərrikin həddindən artıq qızmasının və donmasının qarşısını almaqdır. Antifriz, mühərrikin temperaturunu sabit saxlayaraq onun daha effektiv işləməsinə kömək edir. Antifriz həmçinin korroziyanın və pasın yaranmasının qarşısını alaraq mühərrikin ömrünü uzadır. Soyuq havalarda suyun donmasını gecikdirir, isti havalarda isə qaynamanın qarşısını alır. Beləliklə, antifriz mühərriki ekstremal hava şəraitlərində qorumaq üçün vacib rol oynayır.

Antrfriz niyə azalır?

Antifriz azaldıqda bunun bir neçə səbəbi ola bilər. Əsas səbəblərdən biri sızmalardır. Mühərrik sistemi və ya radiator borularındakı, kipgəclərdəki ( Qalovka prokladka ) və ya su nasosundakı sızmalar antifrizin azalmasına səbəb ola bilər. Həmçinin, mühərrikdəki baş kipgənin zədələnməsi nəticəsində antifriz yanma kamerasına sızıb, buxarlanaraq yox ola bilər.

Başqa bir səbəb antifrizin öz tərkibinin və xüsusiyyətlərinin zamanla dəyişməsidir. Bu zaman o, buxarlanaraq yox ola bilər. Həmçinin, mühərrikin həddindən artıq qızması da antifrizin buxarlanmasına və azalmasına gətirib çıxara bilər. Əgər antifriz tez-tez azalırsa, problemi araşdırmaq və həll etmək üçün mütləq ustaya müraciət etmək məsləhətdir.

Anfriz necə ölçülür?

Ev şəraitində antifrizin azalıb-azalmadığını müəyyən etmək ilk olaraq, mühərrik tam soyuduqdan sonra (çünki isti halda təhlükəli ola bilər), antifriz çəninin səviyyəsini yoxlayın. Antifriz çəni adətən şəffaf olur və üzərində "minimum" və "maksimum" işarələri yerləşir. Əgər səviyyə minimum həddən aşağıdırsa, antifriz azalıb.

Daha sonra mühərrikin və radiatorun ətrafını vizual olaraq yoxlayın. Boruların, kipgəclərin və digər birləşmə yerlərinin ətrafında yaş ləkələr və ya qurumuş maye izləri varsa, bu, sızmanın əlaməti ola bilər. Eyni zamanda mühərrik ətrafında və ya avtomobilin alt hissəsində yaş izləri və ya yaş qalıqlar axtarın.

Tüstünün rəngi dəyişibsə - Təhlükə var

Tüstüdən antifriz itkisini müəyyən etmək mümkündür. Əgər mühərrik yanma kamerasına antifriz sızdırırsa, bu, avtomobilin səsboğucusundan çıxan tüstünün rəngində özünü göstərə bilər. Normalda səsboğucu tüstüsü rəngsiz olmalıdır. Lakin antifriz mühərrikdə yananda, ağ rəngdə tüstü əmələ gələ bilər. Üstəlik tüstüdən şirin qoxu gəlir. Əgər ağ tüstü müşahidə edirsinizsə və tüstü kəskin artırsa, bu, "qalovkanın proqladkası"nın zədələnməsi və ya antifrizin mühərrikdə yanması nəticəsində ola bilər. Belə halda dərhal problemi yoxlatmaq üçün mütəxəssisə müraciət etmək tövsiyə olunur.

Antifriz azalıb, nə qədər xərcim çıxacaq?

Antifriz sistemindəki problemlərin təmiri xərcləri problemə görə dəyişir. Əgər məsələ sadəcə antifriz səviyyəsinin azalmasıdırsa və sızma yoxdur, bu halda yalnız antifriz əlavə etməklə minimal xərc çəkə bilərsiniz (adətən bir neçə on manat civarında).

Lakin sızma varsa və ya ciddi komponentlərin (məsələn, su nasosu, radiator, baş kipgə) dəyişdirilməsi tələb olunursa, xərclər əhəmiyyətli dərəcədə arta bilər. Su nasosunun və ya kipgələrin dəyişdirilməsi 100-300 manat arasında, radiator təmiri və ya dəyişdirilməsi isə 200-500 manata başa gələ bilər. Əgər baş kipgə zədələnibsə, bu daha mürəkkəb və bahalı bir təmir sayılır, xərclər 500 manatdan yuxarı qalxa bilər.

Xərc dəqiqliyi işin həcminə, istifadə olunan ehtiyat hissələrinin keyfiyyətinə və avtomobilin markasına bağlıdır. Təmirdən əvvəl dəqiq qiymət təklifi almaq üçün etibarlı bir mexanikə müraciət etmək məsləhətdir. (milli.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Noyabr 2024 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri