Icma.az
close
up
RU
Sürücülərin KABUSUNA çevrilən Lökbatan Meyvəli yolu Maşınlara ciddi ziyan dəyir

Sürücülərin KABUSUNA çevrilən Lökbatan Meyvəli yolu Maşınlara ciddi ziyan dəyir

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qaradağ rayonu ərazisində - Lökbatan-"Meyvəli" avtomobil yolunun vəziyyəti sürücülərin narazılığına səbəb olub.

Bununla bağlı Oxu.Az-a şikayət daxil olub.

Qeyd edilib ki, xüsusilə "Meyvəli" ticarət mərkəzinin yaxınlığından keçən hissədə yol örtüyünün bərbad duruma düşməsi olması və bəzi yerlərdə çökmələrin yaranması nəqliyyatın hərəkətini çətinləşdirməklə yanaşı avtomobillərə ciddi ziyan vurur.

"Həmin ərazidə demək olar ki, hər gün kiminsə avtomobilinin təkəri partlayır və ya diski sıradan çıxır. Lökbatandan "Meyvəli" istiqamətində hərəkət edən sürücülər yaxşı bilir ki, bu yol çox təhlükəlidir. Abşeron Ticarət Mərkəzinin qarşısından keçən hissədə də yol tamamilə bərbad vəziyyətdədir. Əvvəl burada kanalizasiya xətti qururdular. Nə qədər vaxtdır yarımçıq saxlanılıb, heç bir iş də görülmür. Yolun vəziyyəti ilə nə kanalizasiya idarəsi maraqlanır, nə də yol idarəsi. Belə olmaz axı. Sürücülərə bu qədər maddi ziyan dəyir və bu, heç kimin vecinə deyil", - deyə şikayətdə bildirilir.

Oxu.Az-a açıqlamasında Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, sözügedən yolda kanalizasiya sisteminin yenidənqurulması layihəsinin icrası ilə bağlı ADSEA tərəfindən qazıntı işləri aparılıb.

"Qazılmış hissədə asfalt örtüyünün bərpası bu işləri aparan qurum tərəfindən dəyəri ödənilməklə təmin edilməlidir", - deyə A.Nəcəfli vurğulayıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ərazidə Lökbatan hövzəsi üzrə kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğunun tikintisi işləri icra edilir.

"Azərbaycan Prezidentinin imzaladığı Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı çərçivəsində Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Bakı şəhəri və Abşeron rayonunda yeni kanalizasiya kollektorları və tullantı sular üçün sutəmizləyici qurğularının tikintisi layihələrinin icrasını davam etdirir.

Ümumi uzunluğu 23 kilometr, məhsuldarlığı gün ərzində 100 min kubmetr olan gətirici kollektorun qurulması nəticəsində bir sıra qəsəbələrin kanalizasiya təchizatı təmin ediləcək.

Həmçinin bu işlər çərçivəsində Bakı buxtasının, Xocəsən, Qırmızı, Qu və Lökbatan göllərinin ekoloji vəziyyəti yaxşılaşdırılacaq. Layihə Səbail, Yeni Yasamal, Badamdar, Qanlı gölün ətrafı, Bayıl, Bibiheybət, 20-ci Sahə və Xocasən gölü ətrafı ərazilərini əhatə edəcək.

Görülən işlər yeni kollektorlar vasitəsilə daşınan tullantı suların sutəmizləyici qurğulara ötürülməsi və təmizlənməsinə, su hövzələrinin çirklənməsinin qarşısının alınmasına xidmət edəcək.

Layihənin icrası tam başa çatdırıldıqdan sonra ərazinin asfalt örtüyü xidmətin müraciəti əsasında müvafiq qurum tərəfindən bərpa ediləcək", - deyə məlumatda bildirilib.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Mart 2026 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri