Icma.az
close
up
RU
Məşhurların kabusuna çevrilən PƏRƏSTİŞKARLAR

Məşhurların kabusuna çevrilən PƏRƏSTİŞKARLAR

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məşhur olmaq ilk baxışda cazibədar görünsə də, bu, bəzən təhlükəli hallara yol aça bilər. Özəl həyatlarına müdaxilə edən, hətta həyatlarını təhlükəyə atan obsesiv fanatlar bir çox məşhurun kabusuna çevrilib.

BAKU.WS bəzi məşhurların yaşadıqları ən dəhşətli təcrübələrdən bəzilərini təqdim edir:

Nez Demir – Məşhur müğənni Nez bir fanatının hədəfinə çevrilmişdi. Fanat onu səhnədə təhdid etmiş, sonra isə sosial şəbəkələrdə təqibləri davam etdirmişdi. Hətta qanlı gəlinlik şəkli göndərərək, "Ya mənim olacaqsan, ya da ölümün" kimi qorxulu mesajlar yazmışdı.

Con Lennon – Əfsanəvi musiqiçi Lennon 1980-ci ildə obsesiv fanatı tərəfindən Nyu-Yorkda güllələnərək öldürülmüşdü.

Cessika Alba – 15 yaşında məşhurlaşan aktrisa qəribə zənglərdən sonra 14 saatlıq bir müddət ərzində oğurlanmış, sonra avtomobilin baqajında bağlı vəziyyətdə tapılmışdı.

Hadisə – Müğənniyə seksual məzmunlu məktublar göndərən və onu izləyən fanatı hətta evinə girməyə çalışmışdı.

Sevtap Arman – Aktrisa öz fanatı ilə görüşəndə silahla oğurlanmış və 5 gün evdə saxlanılmışdı. Fanat "Evlənməsən, öldürərəm" deyə təhdid etmişdi.

Serenay Sarıkaya – Fanatı avtomobilinə zərər vermiş, onu izləyərək ölüm təhdidləri yağdırmışdı. "Onunla tanış olana qədər səndən əl çəkməyəcəyəm" deyən fanat ifadəsi ilə şok yaratmışdı.

Bülənt Ersoy – 1989-cu ildə konsertdə fanatının istəyi ilə mahnı oxumadığı üçün vurulmuş və böyrəyi çıxarılmışdı.

Sandra Bullok – Fanatı evinə gizlicə girib onu təqib etmişdi. Aktrisa özünü dolaba salaraq polisi çağırmışdı.

Beren Saat – "Fatmagül"ün Suçu Ne?" serialında oynadığı rola görə restoranda sözlü hücuma məruz qalmış və psixoloji dəstək almaq məcburiyyətində qalmışdı.

Björk – 1996-cı ildə bir fanatı ona asidli bomba göndərməyə çalışmış, bu planı kameraya çəkmişdi. Polis paketi ələ keçirmiş, fanat isə ölü tapılmışdı.

Ceylan Ertem – Beş il boyunca təqib və təcavüzə məruz qalan müğənniyə fanatı cinsiyyət dəyişdirdiyini və adını onun sevdiyi addan seçdiyini söyləmişdi.

Hazal Kaya – İranlı bir tələbə ona hədiyyələr göndərmiş və evlənmək istədiyini bildirmişdi. Bu hadisə Kayanı qorxutmuşdu.

Gigi Hadid – Dəfilədən sonra fanatı tərəfindən cinsi təcavüzə məruz qalmışdı. Hadid fanatı yumruqlayaraq xilas olmuşdu.

Katy Perry – Polşalı fanatı səhnəyə çıxmaq istəmiş, "Onunla olmaq üçün hər şeyi edərəm" demişdi.

Muazzez Ersoy – Konsertdə fanatından gələn şampanya təklifini rədd etdiyi üçün ayağından yaralanmışdı.

Uma Turman – Fanatından açıq məzar və lezva olan şəkillər, seksual mesajlar almış və bu, 3 il davam etmişdi.

Mişel Doqlas – Katerin Zeta Cons – Bir fanat Zeta Consu ərinin onu sevdiyinə inandırmağa çalışmış və "Səni parçalayıb itlərimə verəcəyəm" deyə təhdid etmişdi.

Hayko Cepkin – Fanatı onu 3 ayda 5200 dəfə zəng etmişdi. Sonradan "Zəngləri xatırlamıram" demişdi.

Bu hadisələr məşhurların yaşadığı təzyiqləri və obsesiv sevginin təhlükəli sərhədlərini açıq şəkildə ortaya qoyur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://baku.ws
archiveBu xəbər 01 İyul 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see328

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see309

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see299

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see296

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see289

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see279

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see259

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see256

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see249

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see248

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see245

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see241

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see235

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see235

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see233

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see225

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see213

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see207

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see195

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri