Icma.az
close
up
RU
Sürücülərin kartla ödənişlərdən yayınmasının səbəbləri BƏLLİ OLDU EKSPERT AÇIQLADI

Sürücülərin kartla ödənişlərdən yayınmasının səbəbləri BƏLLİ OLDU EKSPERT AÇIQLADI

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Son illərdə Azərbaycanda rəqəmsallaşma və nağdsız ödəniş sistemlərinin genişlənməsi bir çox sahələrdə olduğu kimi, nəqliyyat sektoruna da öz təsirini göstərib. Xüsusilə mobil tətbiqlər vasitəsilə göstərilən taksi xidmətləri həm sərnişinlər, həm də sürücülər üçün əlverişli imkanlar yaradır. Lakin son zamanlar sərnişinlər arasında artan narazılıqlardan biri, kartla ödəniş seçildikdə sürücülərin sifarişi qəbul etməməsi və ya sifarişi ləğv etməsi hallarının artmasıdır. Bu vəziyyət cəmiyyət arasında narahatlıq yaradır və səbəbləri ilə bağlı suallar doğurur". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Fərhad Eyyubov deyib.

Onun sözlərinə görə, sürücülərin kartla ödənişlərdən yayınması bir sıra iqtisadi və psixoloji amillərlə bağlıdır. Əvvəla, kartla ödəniş zamanı sürücülər qazandıqları vəsaiti dərhal nağd şəkildə əldə edə bilmirlər. Bu vəsait bir neçə saatdan bir neçə günə qədər bank hesabına köçürülür. Xüsusilə gündəlik qazancı ilə dolanan sürücülər üçün bu gecikmə ciddi problem yarada bilər: "Digər əsas səbəb isə platformaların tətbiq etdiyi komissiya faizləridir. Hazırda bəzi taksi platformaları sürücülərdən kartla edilən hər ödənişin müəyyən faizini komissiya olaraq tutur. Bu isə gedişin ümumi məbləğini azaldır və sürücülərin gəlirinə birbaşa təsir göstərir. Məsələn, 10 manatlıq kartla ödəniş zamanı sürücü yalnız 8.5 və ya 9 manat əldə edə bilər. Bu cür hallar nəticəsində sürücülər daha çox nağd ödənişə üstünlük verirlər, çünki bu zaman həm qazancı tam şəkildə alırlar, həm də dərhal əldə edirlər.

Bundan əlavə, bəzi sürücülər rəsmi gəlirin qeydiyyata düşməsi ilə bağlı da narahatdırlar. Kartla ödənişlər bank hesablarında görünür və bu, gələcəkdə vergi hesabatlarına və rəsmi gəlir bəyannamələrinə təsir göstərə bilər. Hər nə qədər bu məsələ qanuni tənzimlənmələr çərçivəsində normal sayılsa da, bəzi sürücülər bu şəffaflıqdan çəkinir və qeyri-rəsmi şəkildə gəlir əldə etməyə üstünlük verirlər. Bu problemin aradan qaldırılması üçün bir neçə istiqamətdə addımlar atıla bilər. İlk növbədə, taksi platformaları sürücülər üçün daha cəlbedici şərtlər yaratmalı, komissiya faizlərini minimuma endirməli və kartla ödənişlərin sürətli şəkildə köçürülməsi üçün banklarla əməkdaşlıq etməlidirlər. Digər tərəfdən, sürücülər arasında maarifləndirmə işləri aparılmalı, nağdsız ödənişlərin həm şəffaflıq, həm də təhlükəsizlik baxımından üstünlükləri izah edilməlidir.

Eyni zamanda dövlət qurumları da bu sahədə nəzarəti gücləndirməli, taksi xidmətlərinin daha rəsmi və tənzimlənən şəkildə fəaliyyət göstərməsi üçün hüquqi bazanı təkmilləşdirməlidirlər. Çünki sərnişinlərin rahatlığı, təhlükəsizliyi və məmnunluğu nəqliyyat xidmətlərində ən vacib faktorlardan biridir. Taksi sürücülərinin kartla olan sifarişləri ləğv etməsi yalnız texniki və ya fərdi bir qərar deyil, arxasında bir sıra sistemli səbəblər dayanır. Bu məsələ kompleks şəkildə həll olunmalıdır ki, həm sürücülərin qazancı qorunsun, həm də sərnişinlərin hüquqları təmin edilsin".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 İyul 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri