Icma.az
close
up
RU
Sürücülərin NƏZƏRİNƏ: Bu nəqliyyat vasitələrinə avtomagistrallarda hərəkət qadağandır KONKRET

Sürücülərin NƏZƏRİNƏ: Bu nəqliyyat vasitələrinə avtomagistrallarda hərəkət qadağandır KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda kiçik elektrik nəqliyyat vasitələrinin (KENV) istifadəsi və hərəkəti ilə bağlı yeni qanunvericilik tələbləri mövcuddur. Qüvvədə olan qanunlara əsasən, bu nəqliyyat vasitələri yalnız müəyyən meyarlara cavab verdikdə və qaydalara uyğun şəkildə idarə oluna bilər”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında vəkil Vamiq Şükürov səsləndirib.

Qanunvericiliyə əsasən, kiçik elektrik nəqliyyat vasitəsi, gücü 1 kVt-dan çox olmayan elektrik mühərriki ilə təchiz edilən, bir nəfərin daşınması üçün nəzərdə tutulan fərdi vasitədir. Bu vasitələr sükanlı və ya sükanı olmayan, jest, mimika və ya səsli komanda ilə idarə edilə bilən, özünü tarazlayan texnologiyaya malik olur.

Qaydalar çərçivəsində, bu vasitələri idarə etmək hüququ 14 yaşdan başlayır.

Qanuna görə, KENV-lərin hərəkətinə park və həyət ərazilərində, yaşayış zonalarında, velosiped yollarında və ümumi istifadə üçün nəzərdə tutulmuş yolların sağ kənar zolağında yol nişanları və nişanlanma tələblərinə əməl etməklə icazə verilir. Avtomagistrallarda isə bu vasitələrin hərəkəti qadağandır.

Velosiped yollarında saatda 20 km-dən, yaşayış zonalarında və park ərazilərində isə saatda 10 km-dən artıq sürətlə hərəkət etmək olmaz. Qaranlıq və ya məhdud görünmə şəraitində sürücülər xarici işıq cihazlarını yandırmalıdırlar”.

Vəkil qeyd edib ki, qanunvericiliyə əsasən, KENV sürücülərinə aşağıdakılar qadağandır:

-Avtomobil yollarında sağ zolaqdan başqa digər zolaqlarla hərəkət etmək;

-Velosiped yolu olduğu halda onun yanındakı yolda hərəkət etmək

-Sərnişin daşımaq;

-Yük aparmaqla KENV-in ölçülərini 0,5 metrdən artıq aşmaq;

-Alkoqol, narkotik və psixotrop maddələrin təsiri altında olmaq;

-Nasaz və ya texniki tələblərə cavab verməyən vasitədən istifadə etmək.

V.Şükürov vurğulayıb ki, kiçik elektrik nəqliyyat vasitələri mütləq səs siqnalı, əyləc və xarici işıq cihazları ilə təmin edilməlidir.

“Onların parklanması yalnız bu vasitələr üçün nəzərdə tutulmuş yerlərdə aparılmalıdır. Bu yerlər və onların istismar qaydaları aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşdirilir.

Bundan əlavə, operatorlar tərəfindən istifadə olunan KENV-lərin say həddi də xüsusi icra orqanının qərarı ilə müəyyənləşdiriləcək.

Yeni tələblər piyadaların təhlükəsizliyinin artırılması, şəhər nəqliyyatının tənzimlənməsi və elektromobillərin istifadəsinin təhlükəsiz formada təşviqinə xidmət edir”.

Hüquqşünas Elşad İsayev isə açıqlamasında bildirib ki, moped, skuter və ya velosiped idarə edən şəxs hansısa bir qaydanı pozarsa, inzibati xətalar məcəlləsinin 338-ci maddəsində ona uyğun məsuliyyət tədbirləri var.

“Qayda pozuntusu üçün 40 manat cərimə nəzərdə tutulur. Sürücü əgər yol hərəkəti hadisəsi törədirsə, cəriməsi daha çoxdur. Mövcud yol hərəkəti qaydalarına əsasən moped və skuter sürücüləri qaydalara əməl etməli, yolun hərəkət istiqamətinin sağ tərəfində hərəkətdə olmalıdırrlar”.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 İyun 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri