Sürücülərin nəzərinə!…. KONKRET
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Körpü və yol ötürücülərinin texniki vəziyyətinin qiymətləndirilməsi məqsədilə aşağıdakı mühəndis qurğularında instrumental müayinələr aparılacaq.
KONKRET.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
Bildirilib ki, avqustun 27-də Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən “Karl Marks” yol ötürücüsündə müayinələr aparılacaq . Müayinə zamanı nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmayacaq.
“Avqustun 27-dən 28-nə keçən gecə, 28-i səhər saatlarınadək Bakıxanov küçəsində yerləşən “Bakıxanov” yol ötürücüsü, Ceyhun Səlimov küçəsində yerləşən “Papanin” yol ötürücüsü, Pirşağı dəmir yolu üzərində yerləşən “Pirşağı” yol ötürücüsündə müayinələrin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Instrumental müayinələr Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S. Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu tərəfindən həyata keçiriləcək. Bildiririk ki, instrumental müayinələrin aparılması həmin qurğuların istismar üçün təhlükəli olması demək deyil. Bu, daşıyıcı konstruksiyaların möhkəmliyini, yükgötürmə qabiliyyətini və deformasiya göstəricilərini, həmçinin vizual baxışla müəyyən edilməsi mümkün olmayan qüsurları xüsusi cihazlarla dəqiq qiymətləndirməyə imkan verən qabaqlayıcı tədbirdir. Sürücülərdən hərəkətin məhdudlaşdırıldığı müddətdə alternativ marşrutlardan istifadə etmələri və aparılan müayinələrə anlayışla yanaşmaları xahiş olunur”, – deyə əlavə edilib.
Baxış sayı:83
Bu xəbər 26 Avqust 2026 19:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















