Icma.az
close
up
RU
Sürücülərin nəzərinə: bu xidmətlər…

Sürücülərin nəzərinə: bu xidmətlər…

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“mygov” platforması üzərindən təqdim olunan rəqəmsal xidmətlərin əhatə dairəsi genişlənməkdə davam edir.

Axar.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin nəqliyyat sahəsi üzrə təqdim etdiyi bir sıra xidmət və məlumatlar artıq “mygov” platformasına inteqrasiya olunub. Yeni inteqrasiya dövlət xidmətlərinin ayrı-ayrı sistemlərdən vahid rəqəmsal platformaya keçidi istiqamətində atılan növbəti addımlardandır.

Yenilik nəticəsində vətəndaşlar artıq müxtəlif platformalar arasında keçid etmədən nəqliyyat xidmətlərindən birbaşa “mygov” üzərindən yararlana biləcəklər. Bununla yanaşı, xidmətlərin daha əlçatan, sürətli və istifadəçi yönümlü təqdim olunması vətəndaş təcrübəsinin təkmilləşdirilməsinə xidmət edir.

“mygov” platformasına inteqrasiya olunan nəqliyyat xidmətləri və məlumatı aşağıdakılardır:

- Nəqliyyat vasitəsinin axtarışda və ya yüklü olub-olmaması haqqında arayış

- Sürücülük vəsiqəsinin dəyişdirilməsi

- Nəqliyyat vasitəsinin zədələnməsinə dair arayış

- Nəqliyyat vasitəsinin texniki baxışı məlumatı

Qeyd edək ki, vətəndaşlar xidmətlərə mobil tətbiqin “Xidmətlər” bölməsindəki “Nəqliyyat” kateqoriyası vasitəsilə, veb portalda isə “Daxili İşlər Nazirliyi” bölməsini seçərək keçid edə bilərlər. Eyni zamanda nəqliyyat vasitəsinin texniki baxış məlumatına pıatformanın məlumatlar bölməsində baxa bilərlər.

“Nəqliyyat vasitəsinin axtarışda və ya yüklü olub-olmaması haqqında arayış” xidməti vətəndaşlara nəqliyyat vasitəsinin hüquqi statusu barədə məlumatı operativ şəkildə əldə etməyə imkan yaradır. İstifadəçilər müvafiq xidmətə daxil olaraq öz nəqliyyat vasitələri üzrə mövcud arayışları görüntüləyə, zəruri hallarda yeni müraciət formalaşdıra və sənədi rəqəmsal formada əldə edə bilirlər.

“Sürücülük vəsiqəsinin dəyişdirilməsi” xidməti vasitəsilə istifadəçilər müraciət prosesini tam rəqəmsal formada həyata keçirə bilirlər. Platforma sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı məlumatların yoxlanılması, foto seçimi, qeydiyyat orqanının müəyyən edilməsi və ödəniş mərhələlərinin vahid platforma üzərindən icrasına imkan yaradır. Müraciət tamamlandıqdan sonra yeni sürücülük vəsiqəsinin hazır olması barədə istifadəçiyə məlumat təqdim olunur.

“Nəqliyyat vasitəsinin zədələnməsinə dair arayış” xidməti vasitəsilə vətəndaşlar nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı müraciəti rəqəmsal qaydada formalaşdıra bilirlər. İstifadəçi hadisə ilə bağlı zəruri məlumatları daxil etdikdən sonra müraciət aidiyyəti üzrə baxılmaq üçün göndərilir və arayış hazır olduqda platforma üzərindən təqdim edilir.

“Nəqliyyat vasitəsinin texniki baxışı” məlumatı isə artıq “mygov” platformasında rəqəmsal formada əlçatandır. Vətəndaşlar nəqliyyat vasitəsinə dair texniki baxış məlumatlarını platforma üzərindən baxa və istifadə edə bilərlər.

“mygov” mobil tətbiqini yükləmək üçün keçid: https://onelink.to/rryy4q

Tətbiqin son yeniliklərini və xəbərlərini sosial şəbəkələrdə izləyin:

· LinkedIn

· Facebook

· Instagram

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://axar.az
archiveBu xəbər 16 May 2026 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see383

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see284

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see227

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see207

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see205

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see198

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see196

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see183

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see181

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see177

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see176

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see175

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see174

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see171

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see171

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see171

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see169

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see156

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see147

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri