Icma.az
close
up
RU
Sürücülərin yaralı yeri: Yanacaqdoldurma məntəqələrində vətəndaşları belə aldadırlar

Sürücülərin yaralı yeri: Yanacaqdoldurma məntəqələrində vətəndaşları belə aldadırlar

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Avtomobilimin yeni olmasına baxmayaraq, məhz benzinin keyfiyyətsizliyi səbəbindən mühərrik və yanacaq sistemində ciddi problemlər yaranıb. Usta benzinin tərkibində çirkli qatqıların olduğunu bildirdi”. Bu fikirlər sürücü Əliyə məxsusdur. Digər sürücü Natiq də eyni problemdən əziyyət çəkdiyini bildirir. “Maşın ustalarında növbədir, əksəriyyəti də keyfiyyətsiz yanacağa görədir. Sosial şəbəkələrdə hamı etibarlı yanacaqdoldurma məntəqəsi axtarır. Benzinə nə istəsələr qatırlar, buna da nəzarət edən yoxdur”.

Digər sürücü isə iddia edir ki, mütləq qatqılardan istifadə etmək lazımdır: “Benzindən sonra 15-20 manatlıq qatqı əlavə etməsəm, avtomobildən boğucu səs gəlir. Benzin çəninin içi isə, elə bil qum torbasıdır”.

Vətəndaşların hüquqları pozulur

Azərbaycanda sürücülər son illərdə yanacağın keyfiyyəti ilə bağlı müxtəlif şikayətlər səsləndirirlər. Sosial şəbəkələrdə benzinin keyfiyyətsiz olması ilə yanaşı, əskik vurulması, qiymətinin səhv göstərilməsi ilə bağlı iddialar da mövcuddur. Hətta millət vəkili Razi Nurullayev də Azərbaycanda fəaliyyət göstərən bir sıra yanacaqdoldurma məntəqələrində vətəndaşların hüquqlarının ciddi şəkildə pozulduğunu deyir. Millət vəkili bildirir ki, ya benzini əskik vururlar, ya pulu əskik qaytarırlar: “Ya da aparatı dayandırıb, yenidən benzin vurmağa başlayır, həcm rəqəmini çaşdırmağa çalışırlar. Bu hüquq pozuntusu onilliklərdir davam edir, eyni pozuntular bu gün də baş verməkdədir. Bilirsiniz ki, indiki avtomobillərdə elektron sistemdir və dolu çənlə qət olunacaq məsafəni göstərir. Necə olur ki, ayrı-ayrı məntəqələrdə bu, 60-90 km fərq edir? Ona görə ki, benzin vurularkən oğurluğa yol verilir, bu rəqəm isə gündə on tonlarla ölçülür. Mən aidiyyəti qurumları bu sahədə nizam-intizam yaratmağa və vətəndaşların hüquqlarını qorumağa çağırıram”.

Mətbuatda Abşeron rayonu, Məmmədli kəndində yerləşən yanacaqdoldurma məntəqəsində vətəndaşın avtomobilinə yanacaq çəninin tutumundan artıq benzin vurulduğu ilə bağlı da məlumatlar yayılıb. İddiaçı avtomobilinin yanacaq tutumu 62 litr olduğu halda, məntəqədə çənə 63 litr yanacağın necə vurulduğunu sorğulayıb. Bir müddət öncə isə yanacaqdoldurma məntəqələrindən biri benzinə su qarışdığını etiraf etmişdi.

“YDM-lər qazanca görə keyfiyyəti aşağı salırlar”

Nəqliyyat eksperti Adil Nəbiyev deyir ki, yanacaq məsələsi sürücülərin yaralı yeridir: “Özüm də bunun şahidi olmuşam. Bu yaxınlarda avtomobili xanım idarə edirdi, mən də maşında idim və arxa şüşədən aparatdakı rəqəmlərə baxırdım. 19 manat 30 qəpik əvəzinə 24 manat 30 qəpik hesabladılar. Etirazımı bildirdim, rəqəm yenidən 19 manat oldu. Avtomobili elə saxlamaq lazımdır ki, rəqəmlərə diqqət edəsən”.

Yanacağın keyfiyyətinə gəldikdə isə, mütəxəssis bildirir ki, keyfiyyətsiz benzin avtomobilə ciddi şəkildə zərər vurur: “Bəzi YDM-lər qazanca görə keyfiyyəti aşağı salırlar, bundan da bütün sürücülər əziyyət çəkirlər. Sürücülərin haqları pozulur. Yanacağa qatqılar əlavə edilir. Çirkli yanacaq injektorları və yanacaq filtrini tıxaya bilər. Filtr tez-tez tutulur, benzin çəni yararsız hala düşür. Ümumiyyətlə, sürücülər çalışmalıdırlar ki, benzin çəni dolu olsun. Benzin azalanda nasos güclə işləyir, benzini çəkənə qədər yararsız hala düşür. Keyfiyyəti qaldırmaq üçün ustalar qatqılar əlavə etməyi məsləhət görürlər. Amma onlar da aldadıcıdır. Keyfiyyətsiz yanacaq mühərrikdə düzgün yanmadıqda çöküntü yaranır və bu çöküntü katalizatora ziyan vurur. Katalizator sıradan çıxarsa, avtomobilin ekoloji normativləri pozulur və mühərrik performansı zəifləyir”.

“Qurumlar məsuliyyətli yanaşma nümayiş etdirməlidirlər”

Mütəxəssislər bildirirlər ki, sürücülər hüquqları pozulduqda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət etməlidirlər. Keyfiyyətsiz benzin problemi sürücülərin gündəlik xərclərini artırır və avtomobillərin texniki vəziyyətini pisləşdirir. Problemin həlli üçün nəzarət mexanizmlərinin gücləndirilməsi və sürücülərin daha diqqətli olması vacibdir. Yanacağın keyfiyyətini artırmaq üçün aidiyyəti qurumlar və yanacaq şirkətləri daha şəffaf və məsuliyyətli yanaşma nümayiş etdirməlidirlər.

Şikayətlər çoxdur

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Kaspi” qəzetinə bildirdi ki, YDM-lərlə bağlı şikayətlər çoxdur. Ən çox zərərçəkən isə avtomobil satan şirkətlərdir: “Vətəndaş təzə avtomobil alır, keyfiyyətsiz benzindən istifadə edir, qısa müddətdə mühərrik sıradan çıxır, zəmanəti olduğu üçün şirkətə gəlirlər ki, maşının mühərriki çalışmır, bunu dəyiş. Keyfiyyətsiz benzin səbəbindən böyük zərərə düşürlər”.

İstehlakçını aldadırlar

E.Hüseynov deyir ki, şikayətlər daha çox benzinin keyfiyyətsiz olması, YDM-lərin benzinin miqdarını səhv göstərməsindəndir: “Vətəndaşın benzin çəni 44 litr tutduğu halda ona 50 litr benzin vurmuşdular. Vətəndaş çənin tutumunu və YDM-dən verilən çeki təqdim etdi, biz araşdırma apardıq. Hazırda bazarda bu vəziyyətin yaranmasının səbəbi odur ki, ictimai nəzarət yoxdur, YDM-lər istehlakçını aldadırlar. Vətəndaşlar bundan əzab çəkir, avtomobillər sıradan çıxır. Biz bu məsələni qaldırırıq, amma yenə də faydası yoxdur”. ("Kaspi" qəzeti)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 Aprel 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri