Icma.az
close
up
RU
Yanacaqdoldurma məntəqələrində sürücülər aldadılır? RƏSMİ

Yanacaqdoldurma məntəqələrində sürücülər aldadılır? RƏSMİ

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sosial şəbəkələrdə yanacaqdoldurma məntəqələrində benzinin az doldurulması ilə bağlı şikayətlərə münasibət bildirib.

"Bakupost" xəbər verir ki, agentlikdən Pravda.az-ın sorğusuna cavab olaraq ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində qüvvədə olan hüquqi aktların tələblərinə əsasən, yanacaqdoldurma məntəqələrində buraxılan yanacağın həcmi və kütləsinin ölçmə vasitələrinin tipi təsdiq edilməli, həmçinin istismara verilənədək, eləcə də təmirdən sonra ilkin yoxlamadan, istismar prosesində isə dövri yoxlamadan keçirilməli olduğu bildirilib.

“Ölçmə vasitələri üzrə müvafiq metroloji qayda və normalara riayət olunmasına dövlət metroloji nəzarətinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin səlahiyyətlərinə aid edilib. Bundan əlavə, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, yanacaqdoldurma obyektlərinin quraşdırılması və istismarı “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”na daxil edilib. Həmçinin Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan Əlavə Şərtlər”in 31.6-cı bəndinə əsasən, fəaliyyət növü ilə əlaqədar ölçmə vasitələrinin “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunluğu, texniki reqlamentlərlə əhatə olunan mallara münasibətdə isə “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olması barədə Agentliyin rəyi tələb olunur. Məlumat üçün bildirək ki, 2026-cı ilin 6 ayı ərzində Agentlik tərəfindən qanunvericilikdə müəyyən edilmiş tələblərə cavab verən 129 yanacaqdoldurma obyektinə rəy verilib.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, istehlakçıların malın miqdarı barədə düzgün məlumat almaq və müqaviləyə uyğun miqdarda mal əldə etmək hüququ vardır. Müvafiq sahədə nəzarət tədbirləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2027-ci il yanvarın 1-dək dayandırılıb. Bununla belə, daxil olan vətəndaş müraciətləri əsasında Agentlik tərəfindən araşdırmalar aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür. Sosial şəbəkələrdə yayılan iddialarla bağlı bildiririk ki, konkret yanacaqdoldurma məntəqəsi ilə bağlı əsaslandırılmış məlumat və ya istehlakçı müraciəti daxil olduqda qanunvericiliyin tələblərinə uyğun araşdırma aparılacaq və pozuntu təsdiqini tapdığı halda müvafiq tədbirlər görüləcək. İnzibati Xətalar Məcəlləsində mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın ölçüsünə, çəkisinə və hesabına dair istehlakçıların aldadılmasına, eyni zamanda tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə ölçmələrin aparılmasına görə məsuliyyət nəzərdə tutulur. İstehlakçılar ölçmələrin düzgünlüyünə əmin olmaq üçün istifadə olunan ölçmə vasitələrinin dövri yoxlamadan keçirildiyini təsdiq edən sənədləri tələb edə, eyni zamanda ölçmə qaydalarının və ya digər istehlakçı hüquqlarının pozulması halları ilə qarşılaşdıqda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə bilərlər. Agentliyə rəsmi internet səhifəsi https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif və elektron poçt ünvanı [email protected] vasitəsilə müraciət etmək mümkündür”, - məlumatda bildirilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 14 İyul 2026 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri