Icma.az
close
up
RU
Sürücülük kursları üzərində xüsusi nəzarət olmalıdır...

Sürücülük kursları üzərində xüsusi nəzarət olmalıdır...

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dövlət İmtahan Mərkəzi (DİM) taksi sürücüləri, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi ilə bağlı imtahan keçirəcək. Qeyd edək ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti operatorunun məsul şəxsləri, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq keçirlər. Eyni zamanda ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə, yük və sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair, eləcə də taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair təsdiq olunmuş proqramlar üzrə xüsusi hazırlıq keçirlər. Hazırlığın təşkili və keçirilməsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təmin edilir. Aprel ayının 17-də Dövlət İmtahan Mərkəzi tərəfindən xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan keçiriləcək. Həmçinin avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi məqsədilə də imtahanlar təşkil olunacaq.

Bəs, bu cür imtahanların keçirilməsi nə qədər effektiv olur?

Avtosfer.az-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə mütəxəssis Eldəniz Cəfərov TNS-ə bildirib ki, taksi sürücüsü kimi fəaliyyət göstərmək istəyən vətəndaşlar üçün keçirilən imtahanların sualları o qədər çətin olmur, əsasən elementar suallardan ibarət olur.

Ekspert bildirib ki, yaxşı sürücülük qabiliyyəti əsasən təcrübə əsasında formalaşır:

“Təcrübə illər ərzində toplanır. Həmçinin bu məsələdə insanın fərdi bacarıqları da çox vacibdir. Yol hərəkəti qaydalarını yaxşı bilməlidir. Sadə bir imtahanla yaxşı sürücü yetişdirmək mümkün deyil. İmtahanların məqsədi şəxsin elementar davranış qaydalarını, yol hərəkəti qaydalarını hansı səviyyədə bildiyini yoxlamaqdır”.
Mütəxəssis bu gün ayrı-ayrılıqda fəaliyyət göstərən sürücülük kurslarının fəaliyyəti ilə bağlı məsələyə də toxunub:

“Çox təəssüf ki, bu gün bəzi sürücülük kursları, məktəbləri var ki, sadəcə formal xarakter daşıyır, formal fəaliyyət göstərir. Sürücülük qabiliyyətini yetərli şəkildə öyrədə bilmirlər. Bunun bariz nümunəsi kimi yollarda baş verən qəzaları göstərə bilərik. Yollarda sürücülər, ümumiyyətlə yol hərəkəti iştirakçıları arasında baş verən xoşagəlməz hadisələri, sürücülük mədəniyyətinin, demək olar ki, mövcud olmamasını qeyd edə bilərik. Bu amil bir daha sübut edir ki, sürücülük kursları, məktəbləri üzərində xüsusi nəzarət olmalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 12 Mart 2025 00:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri