Sürücülük təlimçisindən ağlasığmaz addım: Hərəkət zamanı kapotun üzərində oturdu VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Bakıda sürücülük təlimi zamanı qeydə alınan məsuliyyətsiz davranış sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Avtosfer.az-ın məlumatına görə, 77-NJ-831 dövlət nömrə nişanlı “KIA” markalı avtomobildə sürücülüyü öyrədən təlimçi ağlasığmaz hərəkət edib. O, dərs zamanı avtomobilin kapotunun üzərinə çıxaraq orada əyləşib. Daha sonra sükan arxasındakı şəxs avtomobili hərəkətə gətirərək parklanmanı yerinə yetirib.
Digər bir kadrlarda isə həmin təlimçinin avtomobili yolun ikinci cərgəsində saxlayaraq hərəkət zolağını zəbt etdiyi görünür.
Qeyd edək ki, sürücülük təlimi zamanı təhlükəsizlik qaydalarına riayət olunması, təlimçilərin məsuliyyətli davranması və nümunə olması vacibdir. Təhlükəsizlik – peşəkar sürücülük təliminin əsas prinsipi olmalıdır.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 06 Oktyabr 2025 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















