Sürücülük təlimçisinin bu hərəkətləri narazılıq doğurdu: Bir əlində telefon, digərində isə təsbeh VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Bakıda sürücülük təlimçisi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. Avtosfer.az xəbər verir ki, xanım təlimçi dərs zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozub. O, sükan arxasında canlı yayım açaraq izləyicilərlə söhbət edib və əlində təsbeh fırladıb.
Digər videogörüntüdə isə təlim zamanı telefonla məşğul olduğu, çəkiliş apardığı görünür. Həmçinin sürməyi öyrənən şəxsin təhlükəsizlik kəmərindən düzgün istifadə etmədiyi aydın şəkildə əks olunub — o, kəməri boynunun üzərindən keçirərək qaydalara zidd formada taxıb.
Qeyd edək ki, təlimçilər sürücü ilə eyni hüquqi statusa malikdirlər. Yəni, sərnişin yerində otursalar belə, sürücü hesab olunurlar. Bu səbəbdən onların da sükan arxasında telefondan istifadə etməsi qəti şəkildə qadağandır.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 08 Sentyabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















