Icma.az
close
up
RU
Əliyevlə Putin arasında ilk təmas Bir əlində salam, digərində isə...

Əliyevlə Putin arasında ilk təmas Bir əlində salam, digərində isə...

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çində Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə salamlaşması diqqət çəkib. Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, Pekində tərəflər arasında əlavə əsaslı ünsiyyət olmayıb. Bununla belə, iki liderin gərginlikdən sonra ilk təması normallaşma ehtimalını gündəmə gətirib.

Rusiya liderinin Azərbaycan Prezidenti ilə salamlaşmağa təşəbbüs göstərməsi münasibətlərin normallaşmasına istək mesajı kimi qiymətləndirilə bilərmi?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Azərbaycan və Rusiya prezidentlərinin Çində ikitərəfli görüş keçirməməsi əvvəldən ehtimal edilirdi:

“Bu vəziyyət tərəflər arasında münasibətlərin kifayət qədər soyuq olduğunu göstərir. Münasibətlərin pisləşməsi Rusiyanın məsuliyyəti ilə bağlıdır. Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə də bu mövzuya toxunuldu. Azərbaycan tərəfi hesab edir ki, münasibətlərin normallaşması üçün Rusiyanın addım atması zəruridir. Ölkəmizə qarşı təhdid, təzyiq və hörmətsizliklərə dözməyəcəyimiz açıq şəkildə ifadə olunub.

Həmçinin oxuyun:

Heydər Əliyevin 30 il əvvəlki arzusu gerçəkləşir – Amerikalı politoloq detalları açdı

Oqtay Qasımov

Bu səbəbdən Rusiya prezidenti ilə görüş baş tutmadı. Məncə, Rusiya lideri münasibətlərin normallaşmasına hazır deyil, çünki Bakının tələbləri yerinə yetirilməyib. Putinin salamlaşması diplomatik jest və müəyyən irəliləyişə işarə ola bilər. Lakin Rusiya mediasındakı təzyiq və hədə dolu materiallar davam edəcəksə, deyə bilərik ki, Moskva münasibətlərin normallaşmasında maraqlı deyil. Əgər bu salamlaşma pozitiv jestdirsə, Rusiya mediası da buna uyğun mövqe sərgiləməlidir”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Sentyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri