Icma.az
close
up
RU
Sürücülük vəsiqəsi 16 yaşdan veriləcək?

Sürücülük vəsiqəsi 16 yaşdan veriləcək?

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələb olunması nəzərdə tutulur. 

Bu, "Yol hərəkəti haqqında" Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. 

İclasda bildirilib ki, qanun layihəsinin əsas məqsədi moped nəqliyyat vasitələrinin istismarına dair tənzimləmələrin təkmilləşdirilməsi, sürücülərin bilik və bacarıqlarının artırılması və ümumilikdə yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsidir. Belə ki, sənəddə təklif edilən mühüm dəyişikliklərdən biri moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınmasının tələb olunmasıdır.  pizza

Bu dəyişiklik sürücülərin müəyyən bilik və bacarıqlara malik olmalarını təmin edəcək və nəticə etibarilə yol hərəkəti təhlükəsizliyini artıracaq. Digər edilən təkliflərə görə moped nəqliyyat vasitəsinin anlayışı daha dəqiq müəyyən edilməsi, mopedlər dövlət qeydiyyatına alınaraq uçota götürülməsi nəzərdə tutulur. 

Həmçinin qanun layihəsində mopedlər üçün əvvəllər mövcud olan yalnız yolun sağ kənar zolağı ilə hərəkət etmək tələbinin aradan qaldırılması nəzərdə tutulur. Bundan başqa, sözügedən qanun layihəsində motosikletin və mopedin uzunlu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya motosikleti, mopedi idarə etməyə mane olan yük aparmaq qadağan edilir. 

“Cebheinfo.az”-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, gənclər arasında moped və skuter qəzalarının artması belə bir qərarın qəbulunu zəruri edib: 

“Mopedlər onsuz da dövlət qeydiyyatına alınırdı və bundan sonra sadəcə moped idarə etmək üçün sürücülük vəsiqəsinə ehtiyac olacaq. Ola bilər ki, bizim gənc vətəndaşlarımızın tez-tez moped və skuterlə qəzaya düşməsi belə bir qərarda dəyişiklik edilməsini labüd edib. 

Bu, qismən qəzaların qarşısını ala bilər. Ancaq burada bir məsələ də var ki, Azərbaycanda sürücülük vəsiqələri 18 yaşdan verilir, amma moped sürən şəxslərin 16 yaşı var. Bu məqama diqqət yetirmək lazımdı”. 

Ekspert qeyd edib ki, yeniliklərə əsasən motoskleti və ya mopedi idarə etməyə maneə olan yük aparmaq qadağan edilir: 

“Yaxşı olardı ki, sürücülük vəsiqələrinin verilməsində yaş həddi məsələsinə də baxılsın və artıq əgər 16 yaşdan moped sürmək üçün sürücülük vəsiqəsi tələb olunursa, onda belə sürücülük vəsiqəsini 16 yaşdan imtahan verib digər vətəndaşlar da avtomobil idarə edə bilsinlər. Bu da ola bilərdi. 

Burada bir maddə var ki, motoskleti və ya mopedi idarə etməyə maneə olan yük aparmaq qadağan edilir. Amma sual yaranır ki, bunu kim müəyyən edəcək ki, həmin yük sürücüyə maneə olur, yoxsa yox? Burada konkretlik yoxdur”. 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:312
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 Oktyabr 2025 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri