Icma.az
close
up
RU
Online sürücülük vəsiqəsi veriləcək?

Online sürücülük vəsiqəsi veriləcək?

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Ekspert: “Söhbət sürücülük vəsiqəsinin ”tam onlayn" verilməsindən yox, prosesin müəyyən mərhələsinin rəqəmsallaşdırılmasından gedir"
Son günlər ictimaiyyətdə geniş müzakirə olunan mövzulardan biri sürücülük vəsiqələrinin onlayn qaydada verilməsi ilə bağlıdır. Xüsusilə də rəqəmsal xidmətlərin sürətlə genişləndiyi bir dövrdə bu sual bir çox vətəndaşı maraqlandırır: doğrudanmı sürücülük vəsiqəsini evdən çıxmadan almaq mümkün olacaq, yoxsa söhbət yalnız mövcud sənədlərin yenilənməsindən gedir?
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin açıqladığı məlumatlar müəyyən aydınlıq gətirsə də, suallar hələ də qalmaqdadır.
DİN-in məlumatına görə, vətəndaşların gündəlik həyatını asanlaşdırmaq, dövlət xidmətlərinin keyfiyyətini və əlçatanlığını artırmaq, eyni zamanda ölkədə rəqəmsal transformasiya prosesini sürətləndirmək məqsədilə bir sıra mühüm təkliflər hazırlanıb. Bu təkliflər şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının və sürücülük vəsiqələrinin alınması və yenilənməsi, eləcə də nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı ilkin sənədlərin qəbulu mərhələsinin rəqəmsallaşdırılmasını nəzərdə tutur.
Başqa sözlə, vətəndaşlar artıq bu xidmətlər üzrə ilkin müraciətlərini müvafiq dövlət qurumlarına fiziki olaraq getmədən, onlayn platformalar üzərindən təqdim edə biləcəklər. Bu isə növbələrin azalması, vaxt itkisinin qarşısının alınması və insan faktorundan asılılığın minimuma endirilməsi baxımından ciddi üstünlüklər vəd edir.
Nazirlik vurğulayır ki, bu təşəbbüs “rəqəmsal hökumət” modelinin daha da möhkəmlənməsinə, dövlət xidmətlərinin operativliyinin və şəffaflığının artmasına, eyni zamanda vətəndaş məmnunluğunun yüksəlməsinə xidmət edəcək. Layihənin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşması da xüsusi olaraq qeyd olunur.
Onlayn vəsiqə, yoxsa onlayn müraciət?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov danışıb. Ekspert qeyd edib ki, burada anlayışları dəqiq ayırmaq vacibdir. Onun sözlərinə görə, hazırkı mərhələdə söhbət sürücülük vəsiqəsinin “tam onlayn” verilməsindən yox, prosesin müəyyən mərhələlərinin rəqəmsallaşdırılmasından gedir: “Sürücülük vəsiqəsinin alınması yalnız sənəd məsələsi deyil, həm də bilik və bacarıqların yoxlanılmasını əhatə edən kompleks prosesdir. Praktiki imtahanlar, tibbi müayinələr, biometrik məlumatların toplanması kimi mərhələlər hələ də fiziki iştirakı zəruri edir. Buna görə də hazırkı təşəbbüslər daha çox sənədlərin qəbulu, müraciətlərin edilməsi və mövcud vəsiqələrin yenilənməsi prosesinin onlayn müstəviyə keçirilməsi ilə bağlıdır.
Xüsusilə sürücülük vəsiqəsinin müddətinin uzadılması, məlumatların dəyişdirilməsi və ya itki ilə bağlı müraciətlərin elektron şəkildə aparılması vətəndaşlar üçün böyük rahatlıq yaradacaq. Bu həm də yol polisi orqanlarının üzərindəki inzibati yükü azaldacaq".
Eldəniz Cəfərov həmçinin qeyd edib ki, texnologiyaların inkişafı ilə uzunmüddətli perspektivdə daha geniş imkanlar yarana bilər: “Gələcəkdə nəzəri imtahanların tam onlayn keçirilməsi, biometrik təsdiqləmə sistemlərinin təkmilləşdirilməsi mümkündür. Amma yaxın dövr üçün əsas məqsəd proseslərin sadələşdirilməsi və şəffaflığın artırılmasıdır”./musavat

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 17 Dekabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see448

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see318

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see295

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see267

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see239

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see237

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see237

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see233

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see230

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see217

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see209

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see202

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see202

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see201

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see199

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see192

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see192

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see192

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see190

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri