Sürücülük vəsiqəsi olanlar yenidən imtahan verə bilərlər
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Rusiyada Yol Təhlükəsizliyi Aktına maraqlı dəyişiklik edilib. Belə ki, “B” kateqoriyalı sürücülər imtahan verərək daha geniş kateqoriyalı nəqliyyat vasitələri idarə edə bilirlər. Buraya qar arabaları, həmçinin motorlu oturacaqlı və motorlu təkərli üç, eləcə də dörd təkərli velosipedlər aiddir.
Bəs bu təcrübə Azərbaycanda da istifadə oluna bilərmi? Sürücülük vəsiqəsi olanlar yenidən imtahan verə bilərlərmi?
“Yeni Sabah” xəbər verir ki, lent.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, gələcəkdə “A1” və “B1” kateqoriyalarını birləşdirmək olar:
“Azərbaycanda bu cür nəqliyyat vəsitələrini idarə etmək üçün “A” və “A1” altkateqoriyası var. “B” kateqoriyası isə yalnız 3,5 tona qədər olan nəqliyyat vasitələrini idarə etmək üçündür. Gələcəkdə bizdə də bu təcrübəyə baxmaq və iki kateqoriyanı birində, xüsusən “B1” altkateqoriyasında birləşdirmək olar.
Rusiyada bu təcrübəyə başlanılırsa, zamanla onun effektivliyinə baxıb, Azərbaycanda tətbiq olunub-olunmayacağını müzakirə etmək olar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 19 May 2025 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















