Icma.az
close
up
RU
Sürücülük vəsiqəsinin bitmə vaxtı ilə bağlı vətəndaşlara öncədən məlumat verilsin ekspertdən TƏKLİF

Sürücülük vəsiqəsinin bitmə vaxtı ilə bağlı vətəndaşlara öncədən məlumat verilsin ekspertdən TƏKLİF

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Daxili İşlər Nazirliyi tərəfindən polis-vətəndaş münasibətlərində operativliyin artırılması və vətəndaşyönümlü xidmətlərin təkmilləşdirilməsi məqsədilə ötən il istifadəyə verilən E-Polis tətbiqinə yeni funksiyalar əlavə edilib. Tətbiq vasitəsi ilə vətəndaşlar sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün onlayn qaydada müraciət edə biləcəklər.

Bəs yeni funsiyaların üstünlükləri nələrdir, digər hansı funksiyalar tətbiq edilə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, son zamanlar Daxili İşlər Nazirliyi texnologiyaların imkanlarından geniş istifadə etməyə başlayıb, xüsusən də E-Polis xidmətində bir çox yeniliklər tətbiq olunub. Onun sözlərinə görə, vətəndaşlar bu yeniliklər barədə əvvəldən maarifləndirilir ki, bu da müsbət haldır:

"Daxili İşlər Nazirliyinin bu addımını alqışlayıram. Lakin bir sıra problemlər var. Xüsusilə sürücülük vəsiqələri ilə bağlı ciddi problemlər mövcuddur. Bir çox sürücülər vəsiqələrinin bitmə tarixini unudurlar, çünki sürücülük vəsiqələri 10 il müddətinə verilmiş olur və bu müddətin bitməsini izləmək çətin olur. Gələcəkdə nazirlik belə bir xidmət yaratmalıdır ki, sürücülük vəsiqələrinin müddətinin bitməsindən əvvəl vətəndaşlara məlumat göndərilsin. Hazırda isə sürücülük vəsiqəsinin müddəti bitdiyindən vətəndaşlar məlumatlandırılmır. Nəticədə, sürücülük vəsiqəsinin vaxtı bitmiş bir şəxs polis tərəfindən saxlanıldıqda, avtomobil cərimə meydançasına aparılır və şəxs sürücülük hüququ olmayan biri kimi qiymətləndirilir".

Ekspert hesab edir ki, sürücülük vəsiqəsinin müddətinin bitmə vəziyyətinə hüquqi yanaşma dəyişməlidir:

"Sürücülük hüququ olmayan şəxslərə yalnız vəsiqənin müddətinin bitdiyinə görə cəza tətbiq olunmamalıdır. Vətəndaş sürücülük vəsiqəsini yeniləmək üçün lazımi ödənişi Asan Xidmətdə edir və bu halda sadəcə vəsiqənin müddətinin bitməsi səbəbindən onun sürücülük hüququ olmur. Buna görə də bu məsələyə hüquqi baxış dəyişməli və qanunvericiliklə tənzimlənməlidir".

E.Muradlının fikrincə, sürücülük vəsiqəsinin müddətinin bitdiyi barədə mütləq əvvəlcədən vətəndaşlara xəbərdarlıq edilməlidir.

"Nəzərə almalıyıq ki, bu səbəbdən nə qədər sürücü cəzalanıb. Sürücülük hüququ yoxdur deyə 100-400 manat arasında cərimələr tətbiq edilir. Vətəndaş sürət həddini aşaraq cəriməyə düşür, cərimə isə 10 manatdır. Sistemdə informasiyaya baxdıqda məlum olur ki, sürücülük vəsiqəsinin müddəti bitib. Bu zaman həmin şəxsə 10 manatlıq yox, 100 manatlıq cərimə tətbiq olunur. Sonra isə bu cərimələr artır. Bu məsələlər qanunvericiliklə tənzimlənməlidir. Təklif edirəm ki, sürücülük vəsiqəsinin bitmə vaxtı ilə bağlı E-Polis vasitəsi ilə vətəndaşlara məlumat verilsin. Hal-hazırda sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı E-Polis tətbiqində yaradılmış funksiyalar çox mükəmməldir. Vətəndaş heç bir əziyyət çəkmədən, vaxt itirmədən informasiyanı dəyişə, yeniləyə, hətta foto şəklini dəyişə bilir. Özü ünvan seçir ki, bu ərazidən vəsiqəni götürmək istəyirəm. Bu həqiqətən indiyə qədər istifadəyə verilən bütün xidmətlərdən daha mükəmməldir", - deyə ekspert vurğuladı.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Fevral 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see229

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see173

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see156

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see154

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see152

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see137

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see136

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see135

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see133

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri