Icma.az
close
up
RU
Sürücünün küçənin ortasında döyülməsi geniş rezonans doğurub RƏYLƏR

Sürücünün küçənin ortasında döyülməsi geniş rezonans doğurub RƏYLƏR

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Cəmiyyətdə aqressiya artıb, əsəb, stress insanların aydın düşünmək bacarığını üstələyir


“Bir neçə nəfərin bir insanın üzərinə hücum çəkməsi, ona xəsarət yetirməsi bizim cəmiyyət üçün indiyədək xarakterik olmayıb. Son illərdə cəmiyyətimizdə ənənələr, adətlər mənfi istiqamətdə dəyişir və bu, təhlükəli xarakter almaqdadır”



Bakının Binəqədi rayonu ərazisində sürücüyə qarşı zorakılıq etməkdə təqsirli bilinən şəxslər barəsində məhkəmə qərar çıxarıb. Qeyd edək ki, paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin aralarında yaranmış mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq soyuq silah qismində istifadə etdikləri taxta parçaları ilə (beysbol dəyənəkləri) “Chevrolet” markalı avtomobili qəsdən vuraraq yararsız hala salmaları və həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri ilə bağlı məlumat əsasında rayon polis idarəsində xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. Əməli törətməkdə şübhəli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa cəlb olunublar. Toplanmış materiallar baxılması üçün məhkəməyə təqdim edilib. Bu şəxslər barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata Binəqədi Rayon Məhkəməsində baxılıb. Məhkəmədə istintaq orqanının təqdimatı təmin edilib. Məhkəmənin qərarı ilə Natiq Mustafakamalov, Vahid Cavadov və Nazim Rəhmanovun barəsində üç ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. Hadisədə iştirak edən Azər Zahidlə bağlı verilən təqdimat təmin olunmayıb və o, sərbəst buraxılıb. “Chevrolet” markalı avtomobilə qəsdən zərər vurulması və sürücüsünün bir qrup şəxs tərəfindən döyülməsini əks etdirən görüntülərlə bağlı hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq araşdırması aparılır. Məlum hadisə ictimaiyyətdə də geniş rezonans doğurub. 4 nəfərin bir nəfərə hücum çəkərək ağır bədən xəsarətləri yetirməsi cəmiyyət tərəfindən qınanır, şübhəli şəxslərin cəzalanması tələb edilir. Sosial şəbəkələrdə bununla bağlı kifayət qədər rəylər paylaşılıb:    

Nifti Əzim: - Vallah, Azərbaycan polisi olmasa, biri-birinin ətini yeyərlər, bu nə dəhşətdir, yəni bura bizim ölkə, bizim millətdir?!

Düzgün Atalı: - Nifti Əzim, bu nə məntiqdir, polissiz ölkə olar?

Nifti Əzim: - Düzgün Atalı, bəziləri var da, polisdən narazılıq edir. Siz tam ətraflı oxuyun, məntiqsiz nəsə var? Gözümün qabağında 10 nəfər polisə hücum edib, guya polis haqsızdır, burada məntiq var?

Düzgün Atalı: - Nifti Əzim, kimsə nəsə yaza bilər, ancaq polissiz ölkə ola bilməz. Ölkə varsa, onun polisi olması mütləqdir.

Nifti Əzim: - Əlbəttə, elədir. Onu yazdım, bəziləri var da, yaxşılardan iraq.

Elmir Adıgözəlli: - Hamısı əsəb, stresdən qaynaqlanır. Bunu eləmək asandı, sonrasını düşünməyiblər. Arxasında durmaq var bu işin. Neçə maddəylə iş açılacaq.

Fərqanə Mehmanqızı: - Türk seriallarından “ilhamlanıblar”. 

Bəşir Çopsiyev: - Kim nə deyər… ( bizdə olan qeyrətə?!)

Vüqar Mustafayev: - Bəlkə, özündən gedən var, ona kömək edirlər?...

Zaur Rəsulzadə: - Tutub basacaqlar içəri.

Ağa Cəfərli: - Basıblar artıq.

Zaur Rəsulzadə: - Yaxşı pul da alacaqlar, düşəcəklər faizə, kreditə, ağılları gələcək başlarına. 

Ziya Mirzəzadə: - Qudurublar.

Elnur Mustafayev: - Sonra da gedib diz çöküb yalvaracaqlar qabağında ki, bizi bağışla, indi on nəfərlə əllərində beysbol ağacı bir olub təkləyiblər... 

 Zaur Rəsulzadə: - Polis də yalvaracaq ki, “qələt eləmişəm”.

Qurban Məmmədəliyev: - Bunlar aşağı-yuxarı 600-1500 arası əməkhaqqı alanlardı. Sonra da deyirlər, maaş niyə qalxmır? Maaş fantastik olsa, nə edəcəklərini xəyala gətirmək olmur. Allah köməkləri olsun yenə də.

Zülfiyyə Quliyeva: - Qudurğanlıqdır. Ola bilər, söyüş üstündə olub. Amma bu da haqq vermir, kimisə vəhşicəsinə döyməyə. Bunlara elə cəza verilməlidir ki, ibrəti-aləm olsun! Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi belə qudurmuşlara qanunun gücünü göstərin, zəhmət olmasa. Yoxsa küçədə adam qalmaz, basıb döyərlər. Camaat dolanışığının dərdini çəkir, bunlar harınlayıb milləti döyür.

Maya İsmayılova: - Özbaşınalığın ciddi cəzasını almalıdırlar mütləq. Bunlara baxıb başqaları da bu hərəkəti edərlər, yolverilməzdir.

Nəvai Mətin: - Pis tərəfə gedir cəmiyyət.

Elvin Hüseynov: - Bir şeyi deyə bilərəm əminliklə, polis olmasa, insanların özbaşınalığını təsəvvür belə etmək istəmirəm. Kolumbiya, Braziliya, ABŞ yalan olar.

Leyla Məmmədzadə: - Ev dustaqlığı niyə, konkret cinayət edirlər, hamının gözü qarşısında! Kimdir bunlar, qoçudurlar ki, heç nədən çəkinmədilər!? Yoxsa sürücü nə dedi ki, bu adamlar vəhşiləşdilər? Amma nə olursa-olsun, bir neçə adamın bir adamın üstünə düşməsi bağışlanmaz haldır!


Məlum hadisə ilə bağlı sosioloq Mətanət Məmmədova “Sherg.az"a  açıqlamasında qeyd etdi ki, insanların mənfi reaksiyası başadüşüləndir: 

seeBaxış sayı:134
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Mart 2025 08:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see245

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see242

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see171

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see141

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri