Icma.az
close
up
RU
Biz bilmirik o sürücünün məqsədi nə olub RƏYLƏR

Biz bilmirik o sürücünün məqsədi nə olub RƏYLƏR

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bu qızlara qədər o maşına daha kimlər əyləşib və daha nə olub. Məlumatları gizlətmək insanın taleyinə ciddi təsir göstərə bilər, gec olar. Məsələ polisin nəzarətindədir,  hüquq-mühafizə orqanları araşdırmanı davam etdirir”


 Ölkə 2 yeniyetmənin itib-tapılmasıyla silkələnir. Bir neçə gün əvvəl itkin düşmələri haqqında məlumat verilmiş dayıqızı-bibiqızı hüquq-mühafizə orqanlarının səriştəsi sayəsində tapıldılar. Belə məlum oldu ki, qızlar ailədə onlara tətbiq edilən sərt qaydalardan bezib evlərini tərk etmək qərarı veriblər. İtkin qızlardan birinin atasının “qızımı 9-cu sinifdən çıxarmışam, telefonu da yox idi, heç kimlə danışmırdı, bütün günü evdə olurdu, mağazaya da göndərmirdik”, söyləməsinə ictimaiyyətdən kəskin reaksiyalar verildi. Bu, başqa bir mövzudur, amma ötəri də olsa cəmiyyətin düşünməsi üçün sual tipli tapşırıq təqdim edək; Ata niyə qızını 9-cu sinifdən çıxarıb, ata – atalar, analar niyə məktəbi “qorxulu”, telefonu “təhlükəli” hesab edirlər, səbəbsiz deyil yəqin ki. Bu səbəblərə, vəziyyətin bu həddə çatmasına real nəzər salsaq, ümid etmək olar ki, təhsilimizin hazırkı səviyyəsi və məktəblərdəki durum, ümumən cəmiyyətin halı aydın görünəcək. Bunu da unutmayaq, heç də hamı savadlı, elmli, yüksək təfəkkür sahibi deyil. Valideyni övladını evə qapatdığına görə tənqid etməkdən əvvəl buna aparan səbəbləri üzə çıxarmalıyıq.

Digər mühüm əhəmiyyət kəsb edən məsələ itkin qızlar haqqında hər növ informasiyanın yayılması, yenə də “layk”, “baxış sayı”, “reytinq” xətrinə bəzi yayımçıların qanuna zidd olaraq şəxsi məlumatları yayması, qızlar barədə konfedensial məlumatları tam açıq təqdim etmələridir. Bu “reytinq  ovçuları” 2 gənc qızın gələcək talelərinə ailələrindən də betər balta çalanlardır.


Azərbaycan Uşaqlar Birliyinin sədri və Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə Sherg.az-a açıqlamasında qeyd etdi ki, qızlar sığınacağa yerləşdirilib:


- Qızlar tapılıb. Sənədləşmə işləri aparılır və təhlükəsizlik baxımından, eləcə də reabilitasiya üçün sığınacağa gətiriliblər. İlkin məlumatlara görə, sürücü qızları evində gizlədib. Neçə gündür Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin bir qrup əməliyyatçıları onun izinə düşərək tapıb. Biz bilmirik o sürücünün məqsədi nə olub. Bu qızlara qədər o maşına daha kimlər əyləşib və daha nə olub. Məlumatları gizlətmək insanın taleyinə ciddi təsir göstərə bilər, gec olar. Məsələ polisin nəzarətindədir, hüquq-mühafizə orqanları araşdırmanı davam etdirir.


K.Ağazadə qızlar barədə açıq məlumatlar yayan media nümayəndələrinin məsuliyyətə cəlb edilməli olduğunu dedi:

- Zorakılığa məruz qalan uşaqların müdafiəyə və dəstəyə ehtiyacı var, onların həyatı ictimaiyyət qarşısında ifşa edilməməlidir. Onların şəkillərinin, şəxsi məlumatlarının və hadisə detallarının yayılması onların ikinci dəfə travmatizasiyasına səbəb olur və şəxsi həyat hüququnun kobud şəkildə pozulması deməkdir. Belə addımlar təkcə peşə etikası pozuntusu deyil, həm də qanun pozuntusudur.


“Ümidli gələcək” Gənclər Təşkilatının sədri Kəmalə Seyidova da qızların taleyi ilə oynayanları qınayıb:

- Uşağın hüquqları sensasiyadan üstün olmalıdır. Bu gün biz uşaqların hüquqlarının açıq şəkildə pozulmasının şahidi olduq. Mətbuatda evdən qaçmış və zorakılığa məruz qalmış qızlar haqqında məlumat yayıldı. Onların ləyaqətini və təhlükəsizliyini qorumaq əvəzinə, bəzi media nümayəndələri zərərçəkmişlərin, ailələrinin və hətta şübhəli şəxsin şəxsi məlumatlarını açıqladılar. Uşaqların üz görüntüləri yayımlandı, ünvanlar və hadisənin digər təfərrüatları ictimailəşdirildi ki, bu da uşağın hüquqlarının qorunması prinsiplərinə tamamilə ziddir. Bu haqda tək mən deyil, həm də uşaqlarla sığınacaqda çalışan həmkarlarım Kəmalə Ağazadə və Mehriban Zeynalova mənimlə bərabər mütəmadi bu məsələni vurğulasalar da, yenə də faktlar təkrarlanır. Biz uşaqların hüquqlarını pozan media və jurnalistlərə qarşı qanunvericiliyin sərtləşdirilməsini təmin etməyə, cəmiyyətə və ailələrə — hər bir uşağın hekayəsinə hörmətlə yanaşmağa və şəxsi məlumatların paylaşılmamasına diqqət yetirməyə çağırırıq. Əsas məsələ, uşaqların reabilitasiyası, rifahlarının bərpası və zorakılığı törədənlərin məsuliyyətə cəlb edilməsi olmalıdır. Unutmamalıyıq ki, bütün bu ağır təcrübələrdən sonra uşaqlar ailələrinə, evlərinə, yaşadıqları cəmiyyətə qayıdacaqlar. Onların gələcək həyatı bizim bu gün onlara necə yanaşmağımızdan asılıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Aprel 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri