Icma.az
close
up
RU
Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir

Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dörd il öncə - 2021-ci ilin 15 iyununda iki qardaş ölkənin dövlət rəhbərləri Azərbaycan Respublikasının Prezident İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezident Rəcəb Tayyib Ərdoğan Şuşada müttəfiqlik münasibətləri haqqında Bəyannaməyə imza atdılar. Bu Bəyannamə Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə inteqrasiyanın nümunəsidir.İmzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir.Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır. Bu, regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında davam edəcək yeni regional düzənin başlanğıcı deməkdir.

Şuşa Bəyannaməsinin Azərbaycan xalqı və dövləti üçün əlamətdar bir tarix olan 15 İyun- Milli Qurtuluş Günündə imzalanmasının və bir il sonra bununla bağlı beynəlxalq konfransın təşkil olunmasının rəmzi xarakteri, mənəvi önəmi var.2021-ci il 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan Respublikasının Ptezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın imzaladıqları "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” Qardaşlığın yeni tarixi mərhələsi olan bir Bəyannamədir. Müttəfiqlik haqqında imzalanmış bu Bəyannamə iki qardaş ölkə arasındakı əlaqələri ən yüksək səviyyəyə qaldırır və Bəyannamədə göstərilən bütün müddəalar keyfuyyətcə daha yüksək səviyyəli əməkdaşlığın təminatıdır. Imzalanmış Bəyannamə tarixə əsaslanır və möhkəm təməllərə malikdir. Bəyannamədə xalqlarımızın böyük Liderləri, Öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb.

Şuşa Bəyannaməsində eyni zamanda müdafiə sahəsində iki ölkə arasında qarşılıqlı əməkdaşlıq və hərbi yardım məsələləri öz əksini tapıb. Azərbaycan və Türkiyə arasında hərbi sahədə əməkdaşlıq Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi ilə yanaşı, regionda sülh və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət kəsb edir.Bu tarixi nailiyyət bir daha onu göstərir ki, biz hər zaman bir yerdə olacağıq və bir birimizin təhlükəsizliyini təmin edəcəyik. Bu günə qədər necə ki, Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaqdır.

44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi güclü siyasi və mənəvi dəstəyi bütün dünya gördü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müharibənin ilk dəqiqələrindən ölkəmizin haqq işinə öz dəstəyini verdi.Türkiyə dövləti Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını əldə rəhbər tutaraq bütün qurum və təşkilatları ilə birlikdə Azərbaycanın yanında oldu. Bu birlik gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı.

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməsi ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət”, ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi sözlərinin həqiqət olduğunu dünyaya sübut etdi.Qazanılmış Zəfərdən sonra da qardaş Türkiyə dövləti Azərbaycana dəstəyini davam etdirdi. Belə ki, Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq işlərində qardaş Türkiyə dövləti də yaxından iştirak edir. Bu bir daha Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu açıq şəkildə nümayiş etdirir.

Qurtuluşun və böyük Zəfərin təntənəsi olan, Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində imzalanan tarixi Şuşa Bəyannaməsi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi işinə, eləcə də dövlətimizin başçısının vurğuladığı kimi, yeni dünya düzəninə mühüm töhfədir. Xalqımız zamanı çatanda bu töhfələrin də sahibi olacaq.

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 İyun 2025 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri