Icma.az
close
up
RU
“Şuşa Bəyannaməsi” obyektiv tarixi gerçəklərin inikası

“Şuşa Bəyannaməsi” obyektiv tarixi gerçəklərin inikası

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan və Türkiyə xalqlarının bir-birinə yaxınlığını və bağlılığını şərtləndirən təkcə dil, din və milli-mədəni kimlik amilləri deyil, həm də ortaq tarix, coğrafi yaxınlıq və heç şübhəsiz uzun əsrlərdir məruzə qalınan deportasiyalar, soyqırımlar və öz dövlətini hifs edib qorumaq üçün göstərilən müqavimət və bütün bütün bu tarixi amilləri obyektiv gerçəklik kimi tanınmasını təmin edən lider amilidir. Bu eyniliklər müasir Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf tempini şərtləndirən başlıca və mühüm əsaslardır. Hazırda rəsmi müttəfiqlik münasibətlərinə qədər inkişaf etmiş dövlətlərarası əlaqələr tarixən mövcud olmuş Azərbaycan-Türkiyə münasibətlərinə işıq salır və imkan verir ki, əsrlər boyu bu münasibətlərinin möhkəmlənməsinə və inkişafına maneə olmuş “faktorların” aradan qaldırılmasına nail olaq. Belə ki, dili, dini, coğrafiyası, mədəniyyəti, həyat tərzi, vətəninə və dövlətinə sədaqəti ilə bütün tarix boyu eyni dəyərləri sərgiləyən və yaşadan Azərbaycan və Türkiyə dövlətləri və xalqının indiki qədər yaxın olmasında maneəyə çevrilmiş çoxlu sayda həm siyasi, həm iqtisadi, həm də diplomatik əngəllər olmuşdur. Nəzərə alsaq ki, dünyada türk əsilli xalqların bir-birinə yaxınlaşmasından qorxan, bu birliyin dünya düzəninə mümkün təsirlərindən “ehtiyat edən dünya nəhəngləri” hər vasitəyə əl atıblar ki, bu birliyə maneə olsunlar. Təəssüf ki, müəyyən mənada buna nail olublar. Xalqların böyük köçü zamanında belə, türklərin məskun olduqları coğrafiyaya ayaq açan “plibeylər” əsrlər boyu bu vahid xalqın parçalanmasına çalışmış, hər vəchlə türkdilli xalqların bir-birinə qarşı olmalarından ötrü ən müxtəlif yollara əl atmışlar.

Hələ orta əsrlərdə təriqət və məzhəb davası türk xalqları arasında ziddiyyət yaratmış, sonradan bu “təriqətçiliyi” siyasi müstəviyə keçirərək öz maraqlarını diqtə etməyə nail olmuşlar. Sonrakı tarixi proseslər - qərbin klassik taktikası olan “parçala hökmranlıq et” prinsipinin işə salınması, təkcə dini deyil, eyni zamanda, iqtisadi və mədəni ayrı-seçkiliyin vahid türk coğrafiyasına daşınması nəticə etibarilə zaman üçün hegemon olan imperiyaların işinə yaradı. Zəngin təbii sərvətləri, ideal geopolitik mövqeyi olan türk xalqlarının mədəni-iqtisadi və siyasi baxımdan müxtəlifliyinə çalışan bu güclər taktiki baxımdan istəklərinə nail ola bilirdilər. Lakin strateji baxımdan bu mümkün deyildi və mütləq tarixin hansısa dönəmində türk kimliyi özünü doğruldacaq, əzəmətli türk xalqları birliyi yenidən tarix səhnəsinə dönəcəkdi.

Tarixi Türkmənçay və Gülüstan müqavilələri, Osmanlı və Səfəvi xanədanı arasındakı anlaşılmaz münasibətlər, Azərbaycanın ərazi olaraq iki hissəyə və tədricən iki fərqli iqtisadi və mədəni mühitə bölünməsi, Osmanlı dövlətinin öz dayaqlarının itirməsi və tarix səhnəsindən silinməsi, sonrakı mərhələdə sosialist Azərbaycanı və kapitalist Türkiyəsi, ən acınacaqlısı isə hələ də münasibətlərə dini zəmində xələl gətirməyə çalışanların “meydan sulaması” Türkiyə və Azərbaycanın bir-birindən uzaqlaşmasına, fərqli formasiyaların təmsilçisinəinə çevrilməsinə şərait yaradırdı. Lakin bütün bu əsrlər boyu bədxahlarımızın unutduqları, düzgün “qiymətləndirə” bilmədikləri ortaq mənafe, dəyərlər, tarixi-milli bağlar və türk törəsinin adəti olan “Çətin günün dostu”, “Dost dar gündə tanınar”, və bu kimi digər gerçək deyimlər var ki, bu gün Azərbaycan-Türkiyə münasibətlərində özünü qabarıq büruzə verir.

Məhz o dəyərlər və əbədi sarsılmaz dostluq, qardaşlıq bağları bütün antitürk, antiazərbaycan dairələrinin arzularını ürəklərində qoydu. Və heç şübhəsiz ki, “bir millət, iki dövlət” olan Azərbaycanla Türkiyənin mövqe və mənafelərindəki yaxınlaşma və bu yaxınlaşmanı rəsmi strateji müttəfiqlik mərhələsinə qədər yüksəlməsi hər iki dövlətin başında duran tarixi şəxsiyyətlərin xidmətinin nəticəsi idi. Çünki tarixən məhz dövlət rəhbərlərini bu məsələyə yanaşması, münasibəti Türkiyə ilə Azərbaycanı birgə hədəfdən yayındırır, ümumi mənafedən ayırırdı. Digər tərəfdən, özünü güclü bilən dövlətlərin şərtləri və təhdidləri bu iki dövləti bir-birindən məsafədə saxlayırdı. Belə olan halda bu şərt və təhdidlərə qarşı strategiya müəyyən etmək və bu strategiyanı reallığa çevirməkdən ötrü güclü iradə, tarixin sınaqlarından keçmiş təcrübə, xalqdan güc almaq və ən əsası milliliyə, tarixi kimliyə bağlılıq lazım idi ki, əsrlərin süzgəcindən keçib gəlmiş bu xalqın iki dövlətinin münasibətlərini zirvələrə yüksəldə bilsin. Bunu isə xalqımızın böyük oğlu, Ulu öndər Heydər Əliyev bacardı. Məhz onun Türkiyə-Azərbaycan münasibətlərinə yönəlik strateji siyasəti addım-addım tarixin qaranlıq səhifələrinə işıq saldı. Türkiyə ilə Azərbaycan arasında qarşlıqlı etimadın, birgə təşəbbüslərin həyata keçirilməsi üçün real zəmin yaratdı. Artıq həmin strateji siyasətin gerçək nəticələrini bütün dünya dövlətləri heyranlıqla izləyirlər.

Azərbaycan və Türkiyə xalqlarının XXI əsrdəki böyük şəxsiyyətləri, dövlət rəhbəri və qurucu liderləri olan İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın uğurla inkişaf etdirdikləri strateji partnyorluq siyasəti bu iki dövlətin və bir millətin tarixi maraqlarının nəhayət gerçəyə çevrildiyini görən, bütün tarix boyu türk xalqlarının və dövlətlərinin yüksəlişindən qorxan, bu yüksəlişin onların dünya ağalığına son qoyacağından ehtiyat edənlər indi bu həqiqətlə barışmaq məcburiyyətindədirlər. Günü-gündən bütün sahələrdə inkişaf edən Azərbaycan-Türkiyə münasibətlərinin məhəng daşı, ilham mənbəyi əlbəttə ki, bu iki dövlətin əhalisinin otraq dəyərləri və bu dəyərlər üzərində tarixi münasibətlərin bərqərar olmasını təmin edən dövlət rəhbərləridir. II Qarabağ savaşında Türkiyənin Azərbaycan dövlətinə və xalqına verdiyi mənəvi-siyasi dəstək, müharibədən sonra davam edən birgə beynəlxalq diplomatik fəaliyyət, “Zəfər” paradında nümayiş etdirilən qardaşlıq münasibəti və ən əsası bu münasibətləri hüquqi müstəvidə rəsmiləşdirən “Şuşa bəyannaməsi”, Azərbaycan və Türkiyə dövlət rəhbərlərinin və nümayəndə heyətlərinin müntəzəm qarşılıqlı səfərləri, möhtəşəm “TEKNOFEST” həm də bu münasibətlərin təntənəsinin nümayişi idi. Şübhəsiz ki, bu birliyə nail olmaqdan ötrü uzun bir yol keçilib. Bu yol iqtisadi, siyasi, mədəni əlaqələrin qurulması, beynəlxalq arenada yürüdülən əlaqələndirilmiş siyasətə, qarşılıqlı dəstəyə və ümumi mənafeyə xidmət edən prinsiplərin həyata keçirilməsində birgə fəaliyyətə söykənir.

15 iyun 2021-ci ildə Şuşa şəhərində Azərbaycan və Türkiyənin dövlət rəhbərlərinin imzaladığı Bəyannamə təkcə rəsmi müttəfiqlik müqaviləsi deyil, eyni zamanda tarixin bir çox qaranlıq səhifələrinə işıq salan, əslində Azərbaycan – Türkiyə münasibnətləri keçmişdə də necə olmalı olduğunun mesajını verən, tarixin dərslərindən nəticə çıxarmağa səsləyən, iki dövlət arasında münasibətlərin sarsılmaz əlaqələrə bağlı olduğunu sübut edən tarixi bir sənəddir. Bu bəyannamə təkcə II Qarabağ müharibəsində Türkiyənin Azərbaycana vermiş olduğu mənəvi-siyasi dəstəyin davamı deyil, eyni zamanda bu və bu kimi qarşılıqlı dəstəyin tarixin bundan sonrakı dönəmlərində də davam edəcəyinin və daha da dərinləşəcəyinin ifadəsidir. Məhz bu bəyannamə sübut etdi ki, dünyanın hansısa“gücləri”nin müdaxiləsindən, təhdidlərindən, gizli və ya aşkar mürtəce cəhdlərindən asılı olamayaraq, “Bir millət, iki dövlət” olan Azərbaycanla Türkiyənin münasibətləri öz tarixi dəyərini heç vaxt itirə bilməz. “Şuşa Bəyannaməsi” özlüyündə strateji müttəfiqliyi ehtiva etməsi ilə bərabər həm də, hər iki ölkəyə ehtimal olunan təhdidləri neytrallaşdırmaq baxımından böyük əhəmiyyətə daşıyır. Bəyannamə imkan verir ki, bundan sonra da iki dost və qardaş dövlət arasında olan münasibətlər dərininə inkişaf etsin. Bu gün yüksələn xətlə tərəqqi edən Azərbaycan və Türkiyənin dövlət rəhbərləinin uzaqgörən, tarixi hədəflərə hesablanmış, hər iki dövlətin xalqı tərəfindən yüksək səviyyədə dəstəklənən siyasi, mədəni, iqtisadi əlaqələr nəticəsində vaxtilə mövcud olmuş bütün zidiyyətli məqamlar tarixin arxivinə gömülmüşdür. 15 iyun 2021-ci ildə imzalanmış “Şuşa bəyannaməsi”nin dördüncü ilinin də təntənə ilə qeyd olunması hər iki dövlətin münasibətlərinin təsadüfi olmadığını, tarixin süzgəcindən keçib gələn dostluğa, qardaşlığa söykəndiyini sübut edir. Heç şübhəsiz ki, bu qardaşlıq nümunəsi digər türkdilli dövlətlər üçün də örnək oldu. Məhz “Şuşa Bəyannaməsi”nin imzalanması ilə yeni müstəviyə daxil olan Türk Dövlətləri Birliyi ideyası artıq beynəlxalq arenalarda da ciddi müzakirələrə səbəb olmuş, türk xalqlarının tarixi ideallarını özündə ehtiva edən regional və qlobal mütəfiqlik platformasına inteqrasiya etməkdədir. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin təşəbbüsü, Türkiyə Respublikasının Prezidenti, Ədalət və İnkişaf Partiyasının sədri cənab Rəcəb Təyyib Ərdoğanın ciddi dəstəyi ilə tariximizin heç bir dönəmində olmadığı kimi tərəqqi edən Azərbaycan-Türkiyə münasibətləri üzərindən bərqarar olmaqda olan türk dövlətlərinin inteqrasiyası məsələləri artıq gerçək tarixi zərurətdir.

Kamil Qurbanlı

YAP Biləsuvar rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 İyun 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see192

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see187

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see187

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see162

Xırdalanda ŞOK: qadın cinsi əlaqə istəyən ərinin başını yardı

11 Dekabr 2025 19:40see151

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see149

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see149

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see147

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see143

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see138

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see138

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see136

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see132

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see130

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see130

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see129

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see129

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see128

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see125

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri