Şuşa gecələri interaktiv poeziya saatı KEÇİRİLDİ
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən Vaqif Poeziya Günləri çərçivəsində iyulun 17-də “Şuşa gecələri – interaktiv poeziya saatı” gerçəkləşib.
Redaktor.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, yazıçı İlqar Fəhmi tədbiri açaraq poeziya bayramının əhəmiyyəti barədə danışıb.
Sonra tədbir AYB-nin Poeziya sekiyasının sədri şair İbrahim İlyaslı və birliyin Gənclər Şurasının sədri yazar Fərid Hüseynin moderatorluğu ilə davam edib.
Ədəbi-bədii gecədə şairlər Səlim Babullaoğlu, Rəsmiyyə Sabir, Məhəmməd Turan, İntiqam Yaşar, Narıngül Nadir, Gəray Göyyurd, Mustafa Rasimoğlu, Elşad Ərşadoğlu, Hafiz Hacıxəlil, Nadir Yalçın, Güləmail Murad, Xatirə Fərəcli və başqaları şeirlərini səsləndiriblər. Daha sonra qiraətçilərin ifasında Azərbaycan poeziyasından klassik nümunələr oxunub. Poeziya axşamında şairlərin səsləndirdiyi poetik nümunələri tarda Səxavət Məmmədov müşayiət edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 18 İyul 2026 19:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















