Icma.az
close
up
RU
ƏbuDabidə “Şuşa günləri” KEÇİRİLDİ

ƏbuDabidə “Şuşa günləri” KEÇİRİLDİ

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və rəhbərlik etdiyi nümayəndə heyəti 26-27 noyabr tarixlərində Əbu-Dabi şəhərində rəsmi səfərdə olublar.

Redaktor.az xəbər verir ki, səfər Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin dəstəyi ilə keçirilən “Şuşa günləri” çərçivəsində baş tutub.

Səfər çərçivəsində Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov BƏƏ-nin Mədəniyyət naziri Şeyx Salem Al Qasimi, BƏƏ Xarici İşlər nazirinin müavini Xalid Belhou və BƏƏ-nin Şəhərsalma və Nəqliyyat departamenti rəhbərinin müavini Saif Sultan Al Nasseri ilə görüşüb.

Azərbaycanın BƏƏ-dəki fövqəladə və səlahiyyətli səfiri Elçin Bağırov və nümayəndə heyətinin üzvləri - Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Xüsusi nümayəndəliyin baş məsləhətçisi Elşad İskəndərov, Qoruğun məsul əməkdaşları görüşlərdə iştirak ediblər.

Hər bir görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrdən söz açılıb, dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən COP29 layihəsinin ölkəmizdə yüksək səviyyədə, uğurla həyata keçirilməsi xüsusi olaraq vurğulanıb və Azərbaycan tərəfi bu münasibətlə təbrik edilib. Eyni zamanda, Şuşanın Baş Planı haqqında məlumat verilib, şəhərsalma ilə bağlı ideya və fikirlər bölüşdürülüb, iki şəhərin münasibətlərinin daha da möhkəmlənməsi, elm, mədəniyyət, yaradıcılıq sahəsində əlaqələrin inkişafı, təcrübə mübadiləsinin aparılması müzakirə olunub. Şəhərin tarixi, işğal dönəmində ermənilər tərəfindən məruz qaldığı talanlar və dağıntılar, hazırkı bərpa və yenidənqurma işləri, turizm potensialının inkişaf etdirilməsi və turistlərin şəhərə cəlb edilməsi, Şuşanın beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən işlər, həyata keçirilən layihələr, Yeni Yaşayış Kompleksinə əhalinin köçürülməsi və şəhərə gediş-gəlişin asanlaşması barədə də məlumatlar verilib.

Dövlət Turizm Agentliyinin dəstəyi ilə “Şuşa günləri” davam edib. Belə ki, “Şuşa - dünən və bu gün” adlı foto - sərgidə Şuşanın tarixi keçmişini, füsunkar təbiətini, işğaldan əvvəl və sonrakı görkəmini, bərpa-quruculuq, yenidənqurma işlərini özündə əks etdirən müxtəlif fotolar sərgilənib, hər biri haqqında ətraflı məlumatlar verilib. XVIII-XIX əsrlərə aid Qarabağın zadəgan xanımlarının geyimləri və kişi libasları "Qarabağ milli geyimləri" adı ilə nümayiş edilib və maraqla qarşılanıb. İştirakçılar dünyanın ən qədim, zəngin mətbəxlərindən biri olan Azərbaycan kulinariyasının ləziz təamlarına və şirniyyatlarına qonaq ediliblər. Tədbirdə BƏƏ Xarici İşlər nazirinin müavini Xalid Belhou, BƏƏ XİN Asiya və Sakit Okean Departamentinin direktoru cənab Əbdüləziz Əl-Niyadi və Əbu-Dabi şəhərinin dövlət qurumlarının rəhbərləri iştirak edib.

“Şuşa günləri” çərçivəsində Azərbaycanın mədəniyyət və incəsənət ustalarının iştirakı ilə möhtəşəm qala-konsert keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Noyabr 2024 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see347

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see252

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see245

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see222

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see221

Aqrar inkişafın yeni mərhələsi və ADAU nun tarixi missiyası

21 Avqust 2026 23:22see206

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see202

Ankarada mədəndə uçqun: yaralı sayı artdı

21 Avqust 2026 23:24see177

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see173

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see164

Günün fotosu: “Yabanı giləmeyvələr”in qara və yoğun tüstüsü

22 Avqust 2026 01:05see164

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see161

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see160

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see159

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see159

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see158

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see156

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see155

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see151

Məşhur pişik Larrinin ölüm xəbəri Mark Tvenə məxsus sitatla təkzib olunub

22 Avqust 2026 06:53see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri