Icma.az
close
up
RU
Şuşa görüşü Azərbaycan BƏƏ münasibətlərinə mənəvi güc qatdı Şərh

Şuşa görüşü Azərbaycan BƏƏ münasibətlərinə mənəvi güc qatdı Şərh

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasındakı dostluq və strateji əməkdaşlıq münasibətləri yeni, tarixi mərhələyə qədəm qoyub. BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri, dövlət başçılarının Füzuli şəhərini gəzməsi və daha sonra Şuşadakı görüşləri bu tərəfdaşlığın həm simvolik, həm də praktik baxımdan ən yüksək göstəricilərindən biridir.

Ölkə.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.

O, prezidentlərin Şuşa görüşünün xüsusi əhəmiyyət daşıdığını qeyd edib: 

“Çünki Şuşa Azərbaycanın milli-mənəvi mərkəzi, mədəniyyət beşiyi, qələbə və zəfərin simvoludur. Qarabağın işğaldan azad edilməsindən sonra ilk dəfə olaraq dost və qardaş ölkələrin liderlərinin məhz burada qarşılanması təkcə siyasi hadisə deyil, həm də tarixi ədalətin bərpasının, yeni əməkdaşlıq dövrünün təntənəli elanıdır. Şuşada keçirilən görüş, Azərbaycan-BƏƏ münasibətlərinə mənəvi güc qatmaqla yanaşı, regionda sülh, inkişaf və birgə tərəqqi ideyasının parlaq təzahürünə çevrilib”.

S.Salmanova qeyd edib ki, BƏƏ Prezidentinin Azərbaycana rəsmi səfəri eyni zamanda, tarixən yaxın mədəniyyətlərin, ortaq dini və mənəvi dəyərlərin müasir müstəvidə yenidən təcəssümüdür:

“Azərbaycan-BƏƏ münasibətləri iqtisadi, enerji, nəqliyyat, investisiya və humanitar sahələrdə ardıcıl şəkildə genişlənməkdədir. BƏƏ Azərbaycanın ən böyük investorlarından biridir. Ölkəmizdə bərpa olunan enerji layihələrində, xüsusən günəş və külək enerjisi sahəsində Əmirliklərin iştirakı mühüm əhəmiyyət daşıyır. Bundan əlavə, ticarət dövriyyəsi hər il artmaqda, qarşılıqlı sərmayələr isə strateji tərəfdaşlığın real göstəricisinə çevrilməkdədir”.

Parlamentari vurğulayıb ki, Azərbaycan ilə BƏƏ arasında münasibətlər yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də qlobal və regional təhlükəsizlik, davamlı inkişaf və beynəlxalq əməkdaşlıq baxımından strateji xarakter daşıyır:

“Hesab edirəm ki, Azərbaycan və BƏƏ prezidentlərinin Şuşa görüşü bir daha sübut etdi ki, ölkələr arasındakı münasibətlər qardaşlıq, etimad və gələcəyə hesablanmış strateji tərəfdaşlıq üzərində qurulub. Bu tarixi hadisə həm xalqlarımız, həm də bütövlükdə region üçün yeni üfüqlərin açılmasına zəmin yaradır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 Sentyabr 2025 22:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see631

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see266

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see242

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see219

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see213

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see178

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see175

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see172

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see160

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see158

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see152

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see148

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri