Icma.az
close
up
RU
Mənəvi dəyərlərə əsaslanan Azərbaycan BƏƏ münasibətləri uğurla inkişaf edir ŞƏRH

Mənəvi dəyərlərə əsaslanan Azərbaycan BƏƏ münasibətləri uğurla inkişaf edir ŞƏRH

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 16 sentyabr, AZƏRTAC

Azərbaycanla İslam dünyasının önəmli dövlətlərindən olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında tarixi köklərə, mənəvi dəyərlərə, ənənələrə əsaslanan möhkəm dostluq münasibətləri uğurla inkişaf edir. Azərbaycan dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə davamlı töhfələr verir. Bunun nəticəsidir ki, geniş İslam coğrafiyasında, o cümlədən də Birləşmiş Ərəb Əmirliklərində ölkəmizə, şəxsən Prezident İlham Əliyevə böyük rəğbət bəslənilir. Son illərdə dövlətimizin başçısının Ərəb Liqasının mötəbər tədbirlərinə fəxri qonaq qismində dəvətlər alması bunun əyani təsdiqidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

O bildirib ki, Azərbaycanla BƏƏ arasında münasibətlərin genişlənməsini şərtləndirən çoxsaylı amillər sadalamaq mümkündür. Bu sırada tarixi bağlılıq, siyasi dvidendlər, lobbi maraqları, iqtisadi avantajlar, o cümlədən enerji əməkdaşlığı, investisiya cəlbediciliyi, yeni ixrac bazarları, geniş turizm potensialı, kadrlar və intellektual məhsulların ixracı və s. bu kimi amilləri xüsusi qeyd edə bilərik. Əsas məqam isə ondan ibarətdir ki, hər iki ölkənin rəhbərliyi qarşılıqlı siyasi dialoqun genişlənməsinə böyük səy göstərir.

Azərbaycan ilə BƏƏ arasında diplomatik münasibətlərin 1992-ci ildə qurulduğunu bildirən deputat vurğulayıb ki, ölkələrimiz arasında əlaqələr ikitərəfli platformada, eləcə də beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf edir. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkib.

S.Vəliyev vurğulayıb ki, xüsusilə də liderlər arasında daimi təmaslar, ikitərəfli və çoxtərəfli platformalarda baş tutan görüşlər, aparılan mühüm müzakirələr münasibətlərin xoş məram əsasında dərinləşməsində mühüm rol oynayır.

“Azərbaycan Prezidentinin 2023-cü ilin sonlarında BƏƏ-nin ev sahibliyi etdiyi Əbu-Dabi Davamlılıq Həftəsinə dəvət edilməsi və bu tədbirdə yüksək səviyyədə iştirakı ikitərəfli siyasi dialoqun daha da möhkəmlənməsinə mühüm töhfə verib. Səfər çərçivəsində dövlətimizin başçısının Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşü bu ölkənin Azərbaycanla əməkdaşlığa verdiyi önəmin əyani göstəricisi idi. Görüşdə toxunulan məsələlər iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən və qarşılıqlı əməkdaşlığa artan maraqdan xəbər verirdi. Bu görüş həm də münasibətlərimizin yeni mərhələyə yüksəlməsinin bariz nümunəsidir. Təsadüfi deyil ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi barədə qərar da məhz BƏƏ-də qəbul edilib. Bunun ardınca – 2024-cü ilin yanvar ayında Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın respublikamıza rəsmi səfəri baş tutub”, - deyə deputat xatırladıb.

Deputatın fikrincə, liderlər arasında siyasi dialoqun yüksək dinamizminə adekvat olaraq ölkələrimiz qarşılıqlı maraqlar əsasında iqtisadi əlaqələri də genişləndirilər. Xüsusilə də getdikcə genişlənən enerji əməkdaşlığı məmnunluq doğurur. Abşeronda, Naxçıvanda, işğaldan azad olunmuş ərazilərdə böyük yaşıl enerji potensialına malik olan Azərbaycan bu sahənin inkişafına, bərpaolunan mənbələrdən enerji alınmasına xarici investisiyaların cəlb olunmasına güclü siyasi iradə nümayiş etdirir. İndiyədək Azərbaycanın Energetika Nazirliyi ilə ayrı-ayrı xarici şirkətlər arasında müxtəlif layihələr üzrə investisiya müqavilələri imzalanıb. Bu sırada BƏƏ-nin “Masdar” şirkəti də yer alır. 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələrin imzalanmasına diqqət çəkən deputat deyib: “Stansiyanın təməlqoyma mərasimi 2022-ci il martın 15-də “Gülüstan” sarayında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Layihə üzrə işlər sürətlə və yüksək standartlar səviyyəsində icra olunub. 2022-ci il oktyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi baş tutub. Açılış mərasiminə Birləşmiş Ərəb Əmirlikləri hökumətinin dörd naziri, həmçinin qardaş ölkədən böyük nümayəndə heyəti qatılıb. Prezident İlham Əliyev tədbirdəki çıxışında stansiyanın açılışını əlamətdar nailiyyət kimi dəyərləndirərək vurğulayıb: “Əminəm ki, bu, böyük bir yolun, iki qardaş ölkənin böyük yolunun başlanğıcıdır. Bu gün biz nisbətən qısa zamanda - təxminən ilyarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının bu boş hissəsinin yaşıl enerji mənbəyinə çevrildiyini görəndə çox qürur duyuruq. Bu, əlamətdar nailiyyətdir”.

İstifadəyə verilən infrastruktur obyektinin texniki parametrləri kifayət qədər genişdir. Belə ki, Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük Günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Bu, ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk Günəş elektrik stansiyasıdır”.

Deputatın sözlərinə görə, belə bir nəhəng infrastruktur obyektinin inşasını öz öhdəsinə götürməsi, layihənin icrasına yüz milyonlarla dollar həcmində investisiyalar yönəltməsi “Masdar” şirkətinin ölkəmizə olan inamını ifadə edir. Lakin bu, sadəcə, başlanğıcdır. Prezident İlham Əliyev əminliklə bildirib ki, daha çox layihələr olacaq. Yeri gəlmişkən, 2023-cü il oktyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında yeni sənədlər imzalanıb. Bu sənədlər əsasında “Masdar” şirkəti investisiya fəaliyyətini Azərbaycanın regionlarında da davam etdirəcək.

Samir Vəliyev qeyd edib ki, dost ölkənin Prezidentinin ötən ilin yanvar ayında respublikamıza baş tutan uğurlu rəsmi səfəri çərçivəsində də yeni sənədlər imzalanıb. O, səfər çərçivəsində “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanmasını tarixi nailiyyət kimi dəyərləndirib.

Deputat hesab edir ki, strateji tərəfdaşlarımızın sayı artdıqca dünyada Azərbaycanın mövqeləri daha da möhkəmlənir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Sentyabr 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see506

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see222

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see209

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see208

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see197

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see184

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see179

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see175

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see175

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see156

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see155

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see152

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see150

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see144

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri