Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

“Şuşa konfransı qlobal sülh və təhlükəsizliyə töhfədir”

“Şuşa konfransı qlobal sülh və təhlükəsizliyə töhfədir”

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“İyunun 15-də Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfrans beynəlxalq sülh və təhlükəsizliyə töhfədir”.

Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, konfrans iştirakçısı polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, konfransda müasir dünyada təhlükəsizliklə bağlı ortaya çıxan təhdidlər, habelə, müharibə və münaqişələrdən əziyyət çəkən dünyamızda uzunmüddətli və etibarlı sülhün bərqərar olmasının vacibliyi qeyd olunub:

“Hər şeydən öncə qeyd edim ki, YAP-ın təşkilatçılığı ilə Şuşada keçirilən məlum konfrans Azərbaycanın sülh səylərinin bariz nümunəsi, ölkəmizin qlobal təhlükəsizliyin təminində son dərəcədə maraqlı olduğunun real təcəssümüdür. Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciət, müraciətdə yer alan fikir və çağırışlar sülh və təhlükəsizlik məsələsinin dövlətimiz üçün hər zamankı kimi prioritet olduğunu göstərir.

Şuşa konfransını əhəmiyyətli edən bir sıra mühüm amil var ki, bunlardan biri bütün siyasi qüvvələrin – partiya və təşkilatların, ictimai birliklərin sülh və təhlüksəzilik məsələsində Azərbaycan dövləti ilə həmrəy olması, dövlətimizin bu yöndəki siyasətini qətiyyətlə dəstəkləməsidir. Hansı ki, Şuşa konfransının gedişndə biz buna bir daha şahid olduq.

Şuşa konfransında diqqət çəkən digər bir məqam sülh və təhlükəsizlik məsələsində beynəlxalq səyləri birləşdirməyin, qlobal həmrəylik nümayiş etdirməyin vacibliyi ideyasının yenidən gündəmə gətirilməsidir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə öz çıxış və müsahibələrində sülh və təhlükəsizliyin təmini üçün beynəlxalq miqyasda əməkdaşlığın zəruriliyini vurğulayıb, bunu qlobal sülhü təmin etməyin yeganə etibarlı vasitəsi adlandırıb. Bu baxımdan Şuşa konfransında dövlət başçısının bu çağırışının yenidən gündəmə gəlməsi Azərbaycanın qlobal sülhü təmin etməyin real mexanizminə bələd olduğunu, bunu həyata keçirmək üçün dünya dövlətlərini qlobal əməkdaşlığa səslədiyini göstərir”.

Polkovnik Cəlil Xəlilov konfransda post-müharibə dövründə həyata keçirilən abadlıq və quruculuq işlərinin də geniş şəkildə müzakirə edildiyini vurğulayıb:

“Şuşa konfransı üçün əlamətdar cəhətlərdən biri də “Postmünaqişə dövründə yenidənqurma: Şəhərsalma sahəsində müasir çağırışlar” mövzusunda panel sessiyasının keçirilməsi oldu. Sessiya zamanı Azərbaycanın işğaldan azad edilən ərazilərində Prezident İlham Əliyevin bilavasitə nəzarəti altıdna gerçəkləşən nəhəng quruculuq işlərindən ətraflı bəhs edildi, mühüm məqamlara, ciddi faktlara toxunuldu. Panel müzakirəsi zamanı edilən çıxışlar, səslənən çağırışlar bir daha göstərdi ki, Azərbaycan postmüharibə dönəmində bütün dünyada böyük heyrət və təqdirlə qarşılanan böyük abadlıq işləri həyata keçirib, yüzlərlə yaşayış məntəqəsinin yenidən qurulmasına nail olub. Buna paralel olaraq, işğaldan azad edilən ərazilərdə bütün infrastruktur və kommunikasiya yenidən qurulub, çoxsaylı parklar, yaşıllıqlar yaradılıb.

Bütün bunlar onu deməyə əsas verir ki, Şuşa konfransı sülh və təhlükəsiziliklə bağlı müasir problemlərin həllinə dəstək verməklə yanaşı, Azərbaycanın postmüharibə dönəmində həyata keçirdiyi geniş quruculuq işlərinin beynəlxalq miqyasda təbliği baxımından da mühüm rol oynadı.

İnanıram ki, Şuşa konfransı qlobal sülh və təhlükəsizliyin təminində yeni mərhələ olacaq, müasir dünyamızda sülhün təntənəsinə töhfə verəcək”.

Seymur ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 İyun 2026 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see338

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see320

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see315

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see298

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see294

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see291

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see282

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see274

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see263

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see258

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see247

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see245

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see241

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see237

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see230

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see221

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see219

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see216

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see215

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri