Icma.az
close
up
RU
Şuşa Qlobal Media Forumu regional və qlobal səviyyədə mühüm tezislərlə yadda qaldı

Şuşa Qlobal Media Forumu regional və qlobal səviyyədə mühüm tezislərlə yadda qaldı

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün AzTV-də yayımlanan "Hədəf” verilişinin qonağı olan politoloq İlyas Hüseynov bildirib ki, artıq ənənə halını alan 3-cü Şuşa Qlobal Media Forumu həm nəticələri, həm də gündəmə gətirdiyi məsələlərlə geniş müzakirələrə səbəb olub.

AZXEBER.COM xəbər verir ki, politoloqun sözlərinə görə, forumda səsləndirilən fikirlər və irəli sürülən tezislər təkcə regional deyil, həm də qlobal əhəmiyyət daşıyır:

"Forumun mühüm cəhətlərindən biri də odur ki, jurnalistlər cənab Prezidentə birbaşa sual vermək imkanı əldə edirlər. Eyni zamanda, ötən bir il ərzində həm Cənubi Qafqazda, həm də daha geniş coğrafiyada baş verən proseslər müzakirə mövzusu olur. Xüsusilə Ermənistan-Azərbaycan sülh prosesi və Əbu Dabi görüşündən sonrakı mərhələ diqqət mərkəzində idi”.

İlyas Hüseynov Əbu Dabi görüşünün önəmini vurğulayaraq bildirib ki, həm nümayəndə heyətləri arasında, həm də liderlər arasında təkbətək görüşlər baş tutub.

"Əsas diqqətçəkən məqam liderlərin təkbətək görüşü və burada müzakirə olunan məsələlərdir. Cənab Prezident də çıxışında bu görüşə toxunaraq qeyd etdi ki, ictimaiyyətlər arasında inamın azlığı sülhə mənfi təsir göstərir. Bu da başadüşüləndir. Müharibələrdən sonra sülhə dair yetkin və təmkinli yanaşma formalaşmalıdır və bu da qarşılıqlı etimada əsaslanmalıdır”.

Politoloqun fikrincə, sülh prosesində ikitərəfli format daha səmərəli və dayanıqlıdır:

"Əgər Sülh Müqaviləsinin maddələri ikitərəfli formatda razılaşdırılıb paraflanarsa və Ermənistan Azərbaycanın haqlı tələblərini yerinə yetirərsə, bu, Ermənistan daxilində sülhə mane olan qüvvələrin neytrallaşdırılmasına zəmin yaradacaq”.

O, əlavə edib ki, Azərbaycan heç bir beynəlxalq zəmanət mexanizminə ehtiyac duymur:

"Hər hansı dövlətin zəmanətçi kimi prosesə qoşulması onun Cənubi Qafqazda maraqlarının təmini anlamına gəlir. Bizə ATƏT-in Minsk Qrupu kimi səmərəsiz, nəticəsiz formatlar lazım deyil”.

İlyas Hüseynov qeyd edib ki, Əbu Dabi görüşündən sonra Azərbaycan və Ermənistan tərəfindən yayılan press-relizlərdə fikir uyğunluğu müşahidə olunur:

"Bu, çox önəmlidir. Çünki əvvəllər bu cür yanaşma müşahidə olunmurdu. Ermənistan rəhbərliyi isə ictimaiyyətə yanlış təsəvvürlər təqdim etməyə çalışırdı. Halbuki danışıqlar reallığı tam fərqli idi”.

Politoloq vurğulayıb ki, fundamental məsələlər – o cümlədən Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsi və Minsk Qrupunun fəaliyyətinə son qoyulması – sülh üçün zəruri şərtlərdir:

"Əgər Ermənistan bu addımları atmırsa, bu, onun sülhdə maraqlı olmadığını göstərir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, bu məsələlər dəmir-beton hüquqi baza ilə təsbit olunmalıdır ki, gələcəkdə revanşizm meyillərinə son qoyulsun”.

Sonda İlyas Hüseynov qeyd edib ki, sülhün möhkəmləndirilməsi, hüquqi zəminə oturdulması gələcək nəsillər üçün sabitlik və təhlükəsizlik təmin edəcək:

"Cənab Prezident konfliktin fəlsəfəsini və həll yollarını ortaya qoyaraq bu məsuliyyəti öz üzərinə götürüb. Bu gün isə sülhün dayanıqlı şəkildə təmin olunması zəruridir və bunu Azərbaycan xalqı milli liderinin rəhbərliyi ilə həyata keçirməlidir”.

Oksana Orucova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 21 İyul 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri