Icma.az
close
up
RU
Şuşa Qürurumuzun zirvəsi, zəfərimizin tacı

Şuşa Qürurumuzun zirvəsi, zəfərimizin tacı

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

8 noyabr 2020-ci il Şuşa şəhəri günü Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazıldı. Bu tarix təkcə bir şəhərin azad olunması deyil, bütöv bir millətin ləyaqətinin, qürurunun və azadlıq ruhunun bərpası günüdür. Bu tarix, Azərbaycanın dövlətçilik salnaməsində yeni bir dövrün başlanğıcını göstərir, qələbə, birləşmə və yenidən dirçəliş dövrünü. Pənahəli xan tərəfindən əsası qoyulan Şuşa, əsrlər boyu Azərbaycanın mədəniyyət, incəsənət və mənəviyyat mərkəzi kimi tanınıb. Şəhərin havası, təbiəti, memarlığı və musiqi ruhu onu Qafqazın ən nadir incilərindən birinə çevirib. Böyük şairə Xurşidbanu Natəvan, dahi bəstəkar Üzeyir Hacıbəyli, muğam ustadı Bülbül və Seyid Şuşinski kimi sənətkarlar burada yetişərək Azərbaycan mədəniyyətinin simvoluna çevriliblər. Şuşa xalqımızın musiqi yaddaşı, poeziyasının nəfəsi, milli kimliyimizin rəmzidir.

1992-ci ilin mayında Şuşanın işğalı Azərbaycan xalqı üçün ağır itki idi. Hər bir vətəndaş üçün bu şəhərin itkisi təkcə torpaq itkisi deyil, həm də ruhun bir parçasının qopması idi. Lakin Azərbaycan xalqı 28 il ərzində “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyərək bu müqəddəs torpağın azad olunacağına inanıb, ümidini itirmədi.

2020-ci ilin payızında başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa etdi. 8 noyabr 2020-ci ildə Şuşa şəhəri işğaldan azad edildi. Şuşa əməliyyatı hərbi strategiya baxımından misilsiz bir nümunə oldu. Əsgərlərimiz dağlıq relyefdə, əlbəyaxa döyüşlərlə, texnikasız, sırf iradə və vətən sevgisi ilə şəhərə daxil oldular. Bu qəhrəmanlıq tarixi dünyanı heyran qoydu. Şuşanın azad olunması Ermənistanın kapitulyasiyasını labüd etdi və cəmi iki gün sonra 10 noyabr 2020-ci il tarixində düşmən məğlubiyyət sənədini imzalamağa məcbur qaldı. Beləliklə, Şuşa zəfəri Azərbaycan tarixində dönüş nöqtəsi oldu – həm hərbi, həm də siyasi baxımdan.

Şuşanın azad olunmasından sonra bu müqəddəs şəhər beynəlxalq və dövlət səviyyəli tədbirlərin mərkəzinə çevrildi. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva dəfələrlə Şuşaya səfər edərək şəhərin bərpasına, tarixi abidələrin yenilənməsinə şəxsən nəzarət ediblər. 2021-ci ildə Şuşada “Xarıbülbül” Musiqi Festivalı 29 ildən sonra ilk dəfə yenidən keçirildi. Bu, təkcə musiqi tədbiri deyil, həm də milli ruhun qayıdışı, mənəvi bərpa simvolu idi. Həmin ildə “Vaqif Poeziya Günləri” bərpa olundu. Qədim qala divarları arasında oxunan şeirlər Şuşanın yenidən ədəbi mərkəzə çevrildiyini göstərdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan, Özbəkistan, Qazaxıstan və digər dost ölkələrin rəsmi nümayəndə heyətləri Şuşaya səfər edərək həmrəyliyini ifadə etdilər. 2022-ci ildə Şuşa “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan olundu və burada Türk Dövlətləri Təşkilatının mədəni tədbirləri, beynəlxalq konfranslar keçirildi. 2023-cü il tarixində isə Şuşa “İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun İslam Gənclər Paytaxtı” elan edildi. Bu tədbirlər Azərbaycanın diplomatik və mədəni gücünü bir daha nümayiş etdirdi. Şuşa artıq yalnız Azərbaycanın deyil, bütün türk və islam dünyasının mədəniyyət mərkəzinə çevrilib.

Hazırda Şuşada genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Qədim binalar, məscidlər, karvansaraylar bərpa edilir, şəhərin tarixi siması qorunmaqla yeni infrastruktur yaradılır. Yeni yollar, məktəblər, mədəniyyət mərkəzləri, yaşayış evləri inşa olunur. Bu gün Şuşa təkcə azad olunmuş şəhər deyil, müstəqil Azərbaycanın gücünün və milli iradəsinin canlı simvoludur.

8 noyabr – Şuşa şəhəri günü, Azərbaycan xalqının qürur və qələbə bayramıdır. Bu gün hər bir azərbaycanlının ürəyində vətən sevgisini, milli birliyi və gələcəyə inamı bir daha alovlandırır. Şuşa artıq yalnız tarix deyil, həm də gələcəyin simvoludur – azad, dirçələn və qalib Azərbaycanın tacıdır.

Nigar Abdullayeva

YAP Yasamal rayonu AMEA Folklor İnstitutu

üzrə ərazi partiya təşkilatının sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Noyabr 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri