Icma.az
close
up
RU
Şuşa təkcə bir şəhər deyil, bir mədəniyyətin daşıyıcısıdır TBMM üzvü

Şuşa təkcə bir şəhər deyil, bir mədəniyyətin daşıyıcısıdır TBMM üzvü

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Qardaş Azərbaycanla ikitərəfli münasibətlərimizin tarixində bir mərhələ olan Şuşa Bəyannaməsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmasının dördüncü ildönümünün sevincini və qürurunu yaşayıram". SİA xəbər verir ki, bu sözləri Şuşada dava edən “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda Türkiyə Böyük Millət Məclisinin üzvü Efkan Ala deyib.

O sözlərinə davam edərək bildirib: "Əziz qardaşlarım, Ümummilli Lider Heydər Əliyevin “əziz bir şəhər, əziz bir torpaq, əziz bir qala və əziz bir abidə” kimi andığı Şuşa, malik olduğu dini, tarixi və monumental abidələri ilə yanaşı, yetirdiyi görkəmli sənət və fikir adamları ilə də Türk dünyasının qəlbində taxt qurmuşdur. Bu gün burada bir tarixin, bir mədəniyyətin və bir xalqın ruhunda görüşürük. Mədəni irsi, sənəti, musiqisi, memarlığı və ruhu ilə Şuşa təkcə bir şəhər deyil, bir mədəniyyətin daşıyıcısıdır.
Nəticə etibarilə, həmşəhərim, böyük şair Nəfinin ifadəsi ilə desək, Şuşada:
“Erdi yenə erd-i behişt, oldu hava ambər-şirişt,
Alem behişt ender behişt, her küşe küncə bir bağ-ı İrem.”
Lakin təəssüf ki, bu coğrafiya tarix boyu həm də didərginliklərə və itkilərə şahidlik etmiş, bölgənin zəngin mədəni irsi məhv edilməyə çalışılmışdır. Qarabağda təxminən 30 il davam edən işğal dövrü böyük ağrılara, qəlbimizdə sağalmayan yaralara və Cənubi Qafqazda uzunmüddətli sabitsizliyə səbəb olmuşdur. Şükürlər olsun ki, Ümummilli lider Heydər Əliyevin ən böyük arzusu olan azad Qarabağ, cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında işğaldan azad edildi. Bu torpaqların yenidən azad olunması yalnız hərbi qələbə deyil, eyni zamanda hüququn, ədalətin və beynəlxalq legitimliyin təcəssümüdür.

Xarici siyasətimizlə regional və qlobal sülhə töhfə verməyə davam edirik. Bu istiqamətdə Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması da xarici siyasətimizdə prioritet yer tutur. Azərbaycanın Qarabağda tam suverenliyini bərpa etməsi ilə birlikdə bölgədə davamlı sülh və sabitlik üçün tarixi bir fürsət yaranmışdır. Bir zamanlar Qarabağın inzibati və siyasi mərkəzi kimi tanınan Şuşanın yenidən mühüm beynəlxalq toplantı və konfranslara ev sahibliyi etməsi, bölgənin gələcəyinə güclü bir ümid işığı salmaqdadır.

44 günlük Vətən müharibəsində qələbə qazanan Azərbaycan yalnızca bir zəfərin sahibi deyil o, eyni zamanda regionda sülhün və dayanıqlı inkişafın baş memarı olmağa da tam layiqdir. Bölgədə qalıcı sülhün təmin olunması, iqtisadi inkişaf prosesini də sürətləndirəcək və Cənubi Qafqazın rifahına ciddi töhfə verəcəkdir. Lakin bəzi Qərb dövlətlərinin ermənipərəst mövqeyi bölgədə sülh səylərinə maneə yaratmaq təhlükəsi ilə üz-üzədir. Bu baxımdan, regional əməkdaşlığın gücləndirilməsi çətin olsa da, xarici təzyiqlərə qarşı dayanmaq üçün böyük əhəmiyyət daşıyır.
Regionun əsl sahiblərinin təşəbbüsü ilə yaranmış 3+3 əməkdaşlıq platforması isə Cənubi Qafqazda qalıcı sülhün, iqtisadi inteqrasiyanın və qarşılıqlı etimadın formalaşmasında mühüm zəmindir. Biz hesab edirik ki, regional problemləri məhz regional ölkələr həll edə bilər. Bu səbəbdən də milli sahiblənmə siyasətini dəstəkləyirik. Cənubi Qafqaz ölkələri öz məsələlərini uzaq coğrafiyalardakı güclərin müdaxiləsinə ehtiyac duymadan, öz qonşuları ilə əməkdaşlıq yolu ilə həll etməyə qadirdir və bu iradəyə sahibdir. 3+3 platforması bu iradənin institusional ifadəsi olmaqla, ortaq maraqlar əsasında əməkdaşlığa real imkanlar açır. Qeyd edim ki, qlobal sistemin daha ədalətli və əhatəli bir formaya salınması Türkiyə xarici siyasətinin də öncül prioritetlərindən biridir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 İyun 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see473

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see252

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see221

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see203

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see184

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see158

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see155

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see151

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see144

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see142

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see137

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri