Icma.az
close
up
RU
Elnarə Akimova: Şəhər mədəniyyətin özü deməkdir

Elnarə Akimova: Şəhər mədəniyyətin özü deməkdir

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Artıq 2026-cı ilin ilk səhifələrini yaşamaqdayıq. Məncə, ilin ilk müjdəsi Prezident İlham Əliyevin yanvarın 14-də imzaladığı ‘Azərbaycan Mədəniyyəti – 2040’ Mədəniyyət Konsepsiyası oldu".

Qaynarinfo xəbər verir ki, bu fikirləri Milli Məclisin yaz sessiyasının açılışına həsr olunmuş plenar iclasda deputat, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova səsləndirib. Millət vəkili bildirib ki, I Türkoloji Qurultayın 100 illiyi və Xaqani Şirvaninin 900 illiyi ilə bağlı imzalanan sərəncamlar da həmin mədəniyyət konsepsiyasının yaşarılığına hədəflənmiş strateji məqamlar kimi mənalana bilər.

Elnarə Akimova çıxışında mədəni quruculuğun xalqın tarixi yaddaşında xüsusi yer tutduğunu vurğulayıb: "Quruculuq düşüncəsi, tikib-yaratmaq əzmi ilə yaşayan heç kəs getmir. Abidələşib tarixdə qalır.” Deputat qeyd edib ki, hər bir memarlıq nümunəsi xalqın həyatında, ədəbiyyatında, mədəniyyət və fəlsəfəsində yaşayır. Onun sözlərinə görə, hər bir abidə mədəni varlığımızın simvolu kimi yaşayır və tarixi yaddaşımızı yaşadır.

Deputat Prezidentin sərəncamı ilə 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətindən də bəhs edib: 

"İndi çoxları bilir ki, mədəniyyət anlayışı şəhər sözü ilə sinonimdir. Şəhər mədəniyyətin özü deməkdir. Bu qərar Azərbaycanda quruculuq işlərinin yeni və daha böyük vüsət alacağından soraq verir”.

E. Akimova xatırladıb ki, 1926-cı ildə keçirilən I Türkoloji Qurultay günlərində Bakı uzaq ölkələrdən gələn qonaqları öz memarlıq siması ilə valeh edib.

"Türkoloji Qurultay günlərində Bakı uzaq ölkələrdən gəlmiş qonaqlarını öz cazibədar arxitekturası ilə qarşılamışdı. Nümayəndələrin elə həmin günlərdə yazdıqları xatirə qeydlərinə, gündəliklərinə istinadən deyə bilərik ki, şəhərimiz onları həm intellektual səviyyəsinə, həm də əsrarəngiz memarlıq xüsusiyyətlərinə görə valeh etmişdi. Qurultay Şərq və Qərb memarlığının sintezindən yaranmış nadir İsmailiyyə binasında keçirilmiş, nümayəndələr tariximiz barədə təsəvvür əldə etmək üçün Şirvanşahlar sarayını ziyarət etmiş, Opera teatrında "Leyli və Məcnun” tamaşasına baxmışdılar. Tamaşaya baxan nümayəndələrdən biri, alman türkoloqu Menzel o illərdə yazdığı gündəlik qeydlərində opera haqqında təəssüratdan daha çox, opera teatrının binası barədə təəssüratlarını bölüşür, "Teatr binası olduqca gözəldir. Şərq üslubunda tikilib” deyə qeydlər edirdi. Atəşgah məbədini ziyarət etdiklərini, binaları yastı-yapalaq Qara Şəhərə baxdıqlarını da onların gündəliklərindən öyrənirik. Üstündən yüz il keçir, qurultayın 100 illiyini qeyd etmək üçün Bakıya gələnlər artıq burada bənzərsiz və modern Alov qüllələrinə şahid olacaq, amma Qara şəhəri deyil, Ağ şəhəri görəcəklər”, deyə millət vəkili bildirib.

Çıxışının sonunda deputat gənclər mövzusuna da toxunaraq qeyd edib ki, onlara ötürülən ən böyük mənəvi miras mədəniyyətlə bağlı gerçəkləşən işlərdir. O vurğulayıb ki, bu abidələrin daxilində "milli-əxlaqi dəyərlər və bədii-estetik sərvətlər yaşayır” və bütün bu işlər "formalaşan gənclərə sağlam bir gələcək ərməğan etmək” məqsədi daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 02 Fevral 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri