Icma.az
close
up
RU
Şuşa və Laçın şəhərlərinə infotur təşkil edilib

Şuşa və Laçın şəhərlərinə infotur təşkil edilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 10 sentyabr, AZƏRTAC

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Şuşa və Laçın rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin dəstəyi ilə Şuşa və Laçın şəhərlərinə növbəti infotur təşkil olunub.

Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində təşkil edilən infoturda müxtəlif peşə sahibləri iştirak ediblər. İnfotur iştirakçıları Şuşa və Laçın şəhərləri ilə tanış olub, burada həyata keçirilən bərpa və quruculuq işləri barədə ətraflı məlumatlandırılıblar.

Bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, bu şəhərlərdə genişmiqyaslı yenidənqurma tədbirləri həyata keçirilir, infrastruktur bərpa olunur və burada yaşayan sakinlər üçün müasir şərait yaradılır. İnfotur çərçivəsində iştirakçılar Şuşa şəhərində tarixi və təbiət abidələrini ziyarət edib, oraya köçmüş ailələrin evlərində qonaq olub, hədiyyələr təqdim ediblər.

İştirakçılar, həmçinin Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyində qurumun rəsmisi tərəfindən qəbul edilib. Onlara müəssisələrin fəaliyyəti, iş şəraiti və əmək resurslarının idarə edilməsi prinsipləri barədə ətraflı məlumat verilib. Həmçinin iştirakçılar Laçın rayonunun Bəylik kəndinə köçmüş ailədə qonaq olublar. İnfotur iştirakçıları səfərin faydalı və maarifləndirici olduğunu qeyd ediblər. İşğaldan azad edilmiş digər ərazilərə də Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində infoturların təşkili davam etdiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Sentyabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see200

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see198

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see169

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see166

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see160

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see152

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see146

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see139

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see136

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see128

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see126

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see124

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri