Icma.az
close
up
RU
Xocalı və Şuşa şəhərlərinə infotur təşkil edilib

Xocalı və Şuşa şəhərlərinə infotur təşkil edilib

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin dəstəyi ilə Şuşa və Laçın şəhərlərinə növbəti infotur təşkil olunub. İnfoturda Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində gəlirgətirən fəaliyyətlərə cəlb olunmuş bir qrup keçmiş məcburi köçkün iştirak edib. Onlar Xocalı, Şuşa və Laçın şəhərləri ilə tanış olub, aparılan bərpa-quruculuq işləri, yaradılan məşğulluq imkanları barədə məlumatlandırılıblar.

Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına və Dövlət Proqramına əsasən, genişmiqyaslı yenidənqurma tədbirləri həyata keçirilir, infrastruktur bərpa olunur, burda işləyən və yaşayan insanlar üçün zəruri şərait yaradılır. İnfotur iştirakçıları əvvəlcə Əsgəran qalasına, Xocalı şəhərinə , Şuşa qalasına, Molla Pənah Vaqifin məqbərəsinə, Yuxarı Gövhər ağa məscidinə, İsa bulağına və Cıdır düzünə baş çəkiblər. Həmçinin, Şuşa şəhərində Böyük Qayıdış prosesi çərçivəsində doğma yurda qayıdan məcburi köçkün ailələri üçün yaradılan şəraitlə yaxından tanış olublar.

Laçın rayonunda 2023-cü ilin avqust ayında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə açılışı keçirilən “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonu ilə tanışlıq səfər iştirakçılarında xoş təəssürat yaradıb. Pavilyonda nadir dekorasiyalar - təyyarə, helikopter maketləri, həbsxana kamerası, elmi laboratoriya və üçtərəfli yaşıl ekran quraşdırılıb. Laçın rayonunda yaradılmış mebel fabriki və heyvandarlıq təsərrüfatı ilə yaxından tanışlıq zamanı bildirilib ki, buradakı iş yerlərində çalışlanların əksəriyyəti Laçın rayon sakinləridir. Keçmiş məcburi köçkünlər infoturun çox faydalı və maarifləndirici olduğunu qeyd ediblər.

Bildirilib ki, belə infoturlar Böyük Qayıdışın gedişi, bölgədə daimi məskunlaşma və iqtisadi fəaliyyətə inteqrasiya prosesi ilə yaxından tanış olmaq gələcək üçün planlar qurmaq baxımından böyük əhəmiyyət kəsb edir. Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmiş digər ərazilərə infoturların keçirilməsi davam etdiriləcək. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://adalet.az
archiveBu xəbər 30 Dekabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri