Icma.az
close
up
RU
Şuşa Zəfərinə gedən yol

Şuşa Zəfərinə gedən yol

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Tarixi Zəfərimizin beşinci ildönümünü qeyd edirik. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilib. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında, hətta, dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı.

Ordumuzun İkinci Qarabağ müharibəsində qazandığı şanlı Qələbənin əsasında əsgər və zabitlərimizin qəhrəmanlığı və vətənpərvərliyi dayanır. Dövlətimizin başçısı bunu dəfələrlə vurğulayıb ki, bu, yeni nəsil müharibə üsuludur. Planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir: “Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.

10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi oldu. Dövlət başçısı İlham Əliyev bu münasibət ilə xalqa müraciətində bildirdi ki, bəyanat bizim şanlı qələbəmizdir: “Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm…İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur.” Cənab İlham Əliyev onu da qeyd etdi ki, bu bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da - Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmiz olub. Çünki noyabrın 9-da 72 yaşayış məntəqəsini Azərbaycan Ordusu işğalçılardan azad etdi. Noyabrın 8-də Şuşanın, noyabrın 9-da 72 yaşayış məntəqəsinin, ümumilikdə 44 gündə 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusunun belini qırdıq. Paşinyan məcbur olub bu bəyanata öz imzasını atdı. Bu bəyanat uzun illər davam edən işğala son qoydu.

44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” əməliyyatı Prezident-Xalq-Ordu birliyinin, həmrəyliyinin təqdimatı oldu. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı.

Azərbaycanın tarixində yeni səhifə açılıb. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin torpaqları tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğumuzu əyani nümayiş etdirir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə geniş quruculuq işləri gedir. Qələbəmizin əbədiləşdirilməsi üçün mühüm addımlar atılır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara həyat qayıdır. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin hazırda Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Müasir tələblər səviyyəsində qurulan torpaqlarımıza soydaşlarımızın qayıdışı mərhələli şəkildə həyata keçirilir. Hazırda 6 şəhər, 2 qəsəbə və 20-dən artıq kənd sakinlərinə qovuşub.

44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərin məhz 2023-cü ildə tamamlanması rəmzi məna daşıyır. 2023-cü il oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyev müqəddəs Azərbaycan Bayrağını Xankəndidə, Ağdərədə, Xocalıda və Xocavənddə ucaltdı. Dövlət başçısı İlham Əliyev Xankəndidən xalqa müraciətində böyük qürur hisi ilə bildirdi ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz inanırdıq ki, bu gün gələcək.

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi şanlı Qələbəmizin əbədiləşdirilməsinə xidmət edən mühüm addımlar sırasındadır. Bu Sərəncama əsasən, 8 noyabr, həmçinin Şuşa Şəhəri Günüdür. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli Ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli Bayrağımızı ucaltdı. Biz uzun illər davam edən ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq. Bu qayıdışımızla Şuşaya yeni ruh, yeni nəfəs gəldi. Azadlığına qovuşmuş qədim şəhər artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin şahidinə çevrilib. Düşmən tapdağından azad edilmiş Şuşanın yeni inkişaf dövrü başlayıb. Ötən beş ildə Şuşa şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Bunlardan biri igid oğullarımızın Şuşaya doğru dağların, meşələrin qoynu ilə irəliləyərək açdığı cığır boyu avtomobil yolunun salınmasıdır. Prezident İlham Əliyev Şuşaya 101 kilometr uzunluğu olan bu yolu “Zəfər Yolu” adlandırdı. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2024-cü il 21 oktyabr tarixində “Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. Şəhərin kopseptual sxemi hazırlanarkən yerləşdiyi coğrafiyanın təbii xüsusiyyətləri, tarixi-mədəni strukturu və gələcək yönümlü həllər əsas rol oynayıb. Baş planda şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər nəzərə alınmış, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarının nəzərə alınması ilə məskunlaşmanın aparılması prinsipi qorunub. Şuşa şəhəri tarixən Azərbaycanın mədəni, ictimai, siyasi həyatının mühüm mərkəzlərindən biri olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Noyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tünzalə Ağayeva imicini dəyişdi “Xınalı qız”

28 May 2026 11:52see207

28 May Respublika Günü qeyd olunur

28 May 2026 01:18see198

“Bayer” transferi rəsmiləşdirdi

28 May 2026 21:03see190

Robertson “Tottenhem”ə keçir: “Yuventus” gecikdi

28 May 2026 01:26see189

İrandakı müharibə Toyota ya zərbə vurdu: 83 min avtomobil...

28 May 2026 02:31see185

Rəqsanənin kiçik qzından diqqət çəkən PAYLAŞIM: Hamı gedəndə belə...

28 May 2026 13:59see175

Bu əlamət insultun xəbərçisidir

29 May 2026 05:01see173

Macarıstan Ukraynaya silah və hərbi texnika göndərməyəcək FOTO

28 May 2026 23:58see168

Yağış, dolu, 31° isti…

28 May 2026 13:40see168

Niyə parlaq yuxulardan sonra özümüzü yorğun hiss edirik? Alimlərin cavabı

28 May 2026 18:30see167

ABŞ də 28 May münasibətilə bəyannamə imzalandı

28 May 2026 19:32see163

Geosiyasi gərginlik dövlətləri təhlükəsizlik məsələlərinə daha çox diqqət ayırmağa vadar edir

29 May 2026 01:24see162

İsrail ordusu Qəzzada binaya zərbə endirib: 7 ölü, 18 yaralı

28 May 2026 01:24see162

Ermənistanda seçki öncəsi gərginlik: Paşinyan nədən narahatdır?

28 May 2026 15:59see158

Qızımın səsi var, amma o siyasəti seçdi

29 May 2026 00:36see154

Fuad Muradov Edinburq Universitetində görüş keçirdi FOTOLAR

28 May 2026 16:01see152

Bu sadə vərdişlərlə beyniniz CAVAN QALACAQ

29 May 2026 04:05see152

Süni intellekt riyaziyyatda yeni uğurlar qazandı İnsan bacara bilməmişdi

28 May 2026 05:49see149

Rusiya millisi Misirə uduzdu

29 May 2026 00:51see146

Həssas enerji birjalarının hər hansı bəyanata reaksiyası gecikmir

28 May 2026 13:48see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri