Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Qarabağ Zəfərinə yol açan qəhrəman

Qarabağ Zəfərinə yol açan qəhrəman

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistan–Azərbaycan münaqişəsində atəşkəs rejimi tətbiq olunsa da, Qarabağın separatçı hayları 2016-cı il aprel ayının ilk günlərində növbəti dəfə aranı qatıb silahlı təxribata əl atıblar. Ağdam, Füzuli, Tərtər rayonunun bir sıra yaşayış məntəqələri, o cümlədən silahlı birləşmələrimizin dislokasiya nöqtələri artilleriya qurğularından intensiv atəşlərə məruz qalıb. Azərbaycan Ordusu öz torpaqlarında olan quldurlara əks-hücumla tutarlı cavab verib. Döyüşlərin 4-cü günü – aprelin 5-də Rusiya Prezidenti Vladimir Putinin xahişindən sonra atəşkəs bərpa olunub.

Aprel döyüşlərinin əsas tarixi önəmi budur ki, bu döyüşlər ermənilərin basılmazlığı mifini alt-üst edib, Azərbaycanın öz tarixi torpaqlarının işğalı ilə heç vaxt barışmayacağını bir daha düşmənlərə bəyan edib. Düz 9 il əvvəl baş vermis həmin əməliyyatlarda ordumuzun qələbə əzmi daha da güclənib,Vətən naminə hər fədakarlığa hazır olan igidlərimiz Böyük Qələbəni yaxınlaşdırıblar. Onlardan biri də Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Raquf Orucov idi.

1972-ci il iyulun 12-də Ağdam rayonunun Cinli kəndində doğulmuş Raquf 18 yaşına çatanda Sovet ordusu sıralarına hərbi xidmətə çağırılıb və bir müddət Özbəkistanda qulluq edib. Sonra Qarabağ müharibəsinin başlaması xəbərini alıb və çətin günlər keçirən Azərbaycana qayıdıb. Əslən Ağdamın Xaçındərbənd kəndindən olan Allahverdi Qənbərovun rəhbərlik etdiyi özünümüdafiə batalyonuna qatılıb. Üç-dörd ay ərzində Fərrux dağı və Aranzəmin kəndində aparılan hərbi əməliyyatlar zamanı qorxmazlığı, cəsarəti ilə fərqlənib, ayağından ağır qəlpə yarası alsa da, cəbhə xəttini tərk etməyib.

Onun anası Raya xanım 1993-cü ilin 12 iyununda doğma kəndlərinin işğalı zamanı şəhid olub. Daha əvvəl isə Raqufla, təxminən, yaşıd olan dayısı Azər Rəhimov şəhidlik məqamına yüksəlmişdi. Bu hadisələr, üstəgəl erməni separatçılığına qarşı qəti mübarizə aparmaq arzusu Raquf Orucovun sonrakı ömür yolunun müəyyənləşdirilməsinə, onun peşəkar hərbçi olmasına təkan verib. Həmin il sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə təqdim edib, amma qəbul oluna bilməyib. Nəhayət, növbəti ildə istəyinə yetib.

Ali hərbi məktəbi bitirən Raquf Orucov gənc zabit kimi Bakıdakı hərbi hissələrin birinə təyinat alsa da, ön cəbhədə olmağa üstünlük verib. Təkidlə Murovdağa göndərilməsinə nail olub və kəşfiyyat bölüyünün komandiri kimi Vətənə xidmətini davam etdirib. Ailəsi Sumqayıtda yaşayıb, o isə çöldə, düzdə, dağda çətin zabit ömrü sürüb. Daha sonra Ali Hərbi Akademiyanı bitirərək Ağdamda yerləşən “N” saylı hərbi hissənin komandiri vəzifəsinədək yüksəlib.

Hələ 1995-ci ildə Murovdağda həyata keçirdiyi uğurlu kəşfiyyat əməliyyatlarına görə Raquf Orucova “Murov qartalı” ləqəbi verilmişdi. Məlum Aprel döyüşlərində o, daha böyük şan-şöhrət qazanıb. Silahlı qarşıdurmanın 3-cü günündə isə Ağdərə rayonunun Talış kəndinin erməni işğalçılarından azad edilməsi uğrunda Xüsusi Təyinatlı Qüvvələrin əməliyyatı onun üçün sonuncu olub və qəhrəmanımız şəhadətə qovuşub. Ölümündən sonra o, “İgidliyə görə” medalı ilə təltif edilib.

Şəhidliyinin ertəsi gün Sumqayıt Şəhidlər xiyabanında son mənzilə yola salınıb. Onun dəfni zamanı yaranmış izdihamı bir sumqayıtlı kimi yaxşı xatıırlayıram. Bütün şəhər matəm mərasiminə qoşulmuşdu, üzərində üçrəngli bayraqlarımız yellənən avtomobillər siqnal verir, minlərlə şəhər sakini xiyabana doğru kütləvi yürüş edirdi. Şəhid ruhuna ehtiramın ifadəsi olan çıxışlar, şeirlər səsləndirildi, havaya yaylım atəşləri açıldı...

Sonralar da onun Şəhidlər xiyabanında məzarını dəfələrlə ziyarət eləmişəm. Raquf Orucovun uyuduğu yerin solunda 2014-cü il döyüşlərində şəhid olan əsgər Hüseyn Abdulov, sağında isə elə Aprel döyüşlərinin iştirakçısı, şəhid Murad Məmmədov dəfn edilib. Hər ikisi polkovnik–leytenant Raquf Orucovun əsgəri olub. Sinə daşlarının üstündən gül-çiçək əskik olmur.

O da yadımdadır ki, 2016-cı ildə Raqufsuz qeyd olunan ilk ad günündə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçirilən “Qarabağ”– “Dudelanj” (2:0) görüşündən əvvəl Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda Raquf Orucovun xatirəsinə banner açılan zaman tamaşaçılar bu ehtiramı necə böyük coşqu ilə qarşılayıb alqışlayırdılar. Bannerdə Raquf Orucovun şəkli və “Ölməz komandir Raquf Orucov” yazısı yer almışdı.

Universitetdə tələbə yoldaşım olmuş jurnalist Elşən Əliyevlə Elxan Salahovun müəllifliyi və tərtibçili ilə ərsəyə gələn kitabın Sumqayıtda keçirilən təqdimatında iştirakımı da xatırlayıram. Salonda adam əlindən yer yox idi. İgid Vətən oğlu haqqında, ondan bəhs edən kitab barədə bir-birindən təsirli çıxışlar oldu. Bütün iştirakçılara kitabın nüsxələri hədiyyə edildi. Şəhid komandirin ruhuna ərməğan olan bu dəyərli kitabda Raqufun hərbçi yoldaşları, dostları və ailə üzvlərinin xatirələri, onun ömür-gün dostu Sevinc Orucovanın kövrəkcə yazdığı esse də verilib. Mərasimin sonunda Raquf haqqında maraqlı sənədli film də nümayiş olundu. O, özü bir çox kadrlarda gülərüz görünsə də, zalda əyləşənlər göz yaşlarını saxlaya bilmədilər.

Daha bir neçə il sonra – 2019-cu ildə isə yazıçı-publisist Şərif Ağayar Raquf Orucovun düşmən arxasına keçərək erməni alay komandirinin oğlunu girov götürməsi və bunun sayəsində əsir düşən 5 əsgərimizin xilas olmasından bəhs edən “Komandir” adlı kitab yazılıb. “Cüdo Klub”u da, öz növbəsində, Raquf Orucov adına beynəlxalq turnir təsis edib və bu yarışların hər il Bakıda keçirilməsi ənənə halı alıb.

Əli NƏCƏFXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:271
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Aprel 2025 02:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see580

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see332

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see265

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see256

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see248

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see242

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see235

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see232

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see227

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see226

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see214

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see213

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see206

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see205

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see203

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see196

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see196

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see196

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri