Şuşada 30 istehlakçı və 535 abonentə xidmət göstərilir
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
Şuşa şəhərinin su təminatı Kiçik Kirs dağında və Zarıslı olan su mənbəyindən şəhərə qədər olan D325 mm L=9.3 km polad, D225mm, L=12 km magistral su kəməri vasitəsilə edilib.
Bu barədə "Unikal"a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.
Qeyd edilib ki, şəhər ərazisində 2x400m3, 2x1000m3 su anbarları və 34.5 km su şəbəkəsi və 27.5 kmkanalizasiya şəbəkəsi istismar olunur. 1 ədəd (5000 m3/gün) sutəmizləyici qurğu yenidən qurulub.
Tullantı suları dərələrə axıdılaraq daşaltı çayına istiqamətlənir.
Şuşa şəhərində fəaliyyəti bərpa edilimiş dövlət qurumlarına, və müxtəlif təşkilatların işçilərinin məskunlaşdığı 30 istehlakçıya və 535 abonentəxidmət göstərilir.
“Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Şuşa şəhərinə 368 ailə , Böyük qaladərəsi kəndinə 14 ailə köçürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 03 İyun 2026 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















