Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
Icma.az bildirir, Olke.az portalına istinadən.
Azərbaycan Dövlət Su Ehtiyatlar Agentliyi (ADSEA) Şuşa şəhərində 535 abonenti və 30 istehlakçını su ilə təchiz edib.
Ölkə.az "Report"a istinadən xəbər verir ki, bu barədə qurumun təşkil etdiyi mediaturda məlumat verilib.
Bildirilib ki, şəhərin su təchizatı Kiçik Kirs dağı və Zarıslı ərazisində yerləşən mənbələr hesabına həyata keçirilir. Su şəhərə ümumi uzunluğu 21 kilometrdən artıq olan magistral su kəmərləri vasitəsilə çatdırılır. Şəhər ərazisində ümumi tutumu 2 800 kubmetr olan su anbarları fəaliyyət göstərir. Hazırda 34,5 km uzunluğunda su, 27,5 km uzunluğunda isə kanalizasiya şəbəkəsi istismar olunur. Şuşada gündəlik məhsuldarlığı 5 min kubmetr olan sutəmizləyici qurğu yenidən qurularaq istifadəyə verilib.
Tullantı suları şəhər ərazisindən dərələrə axıdılaraq Daşaltı çayına yönləndirilir. "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən Şuşa şəhərinə 368 ailə, Böyük Qaladərəsi kəndinə isə 14 ailə köçürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 03 İyun 2026 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















