Şuşada İƏT Ölkələri Gənclər Təşkilatları Forumunda panel müzakirələr keçirilib AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Şuşa, 3 dekabr, AZƏRTAC
Şuşada İslam Əməkdaşlıq Təşkilatı Ölkələri Gənclər Təşkilatlarının Forumunda panel müzakirələr keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Gənclər Təşkilatları Milli Assambleyasının (NAYORA) baş katibi Nərminə Hüseynzadə gənclər təşkilatları ilə siyasət dünyası arasında körpü qurmağa çalışdıqlarını, həmçinin məqsədlərinin gənclərin bilik və bacarıqlarını paylaşmağa kömək etmək olduğunu bildirib.
İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin baş direktoru Rafiq İsmayılov vurğulayıb ki, gənclərin siyasi icma yarada bilməsi üçün onlara fürsət verilməlidir.
Daha sonra İndoneziya Milli Gənclər Şurası ICYF-nin (İslam Əməkdaşlıq Gənclər Forumu) keçmiş vitse-prezidenti Tantan Tavfik Lubis və Özbəkistan Könüllülər Assosiasiyasının nümayəndəsi Sarvinoz Tulkinjonova müzakirələr aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 03 Dekabr 2024 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















